Yeni müştəri xidmətləri sistemi istifadəyə verilib
Tarix: 16.02.2015 | Saat: 15:17:00 | E-mail | Çapa göndər


Bakıda şəhər sakinləri və qonaqların rahatlığını təmin etmək məqsədilə tam yeni müştəri xidmətləri sistemi istifadəyə verilib. Belə ki, "Bakı Taksi" MMC-nin taksilərinin yerinin təyin olunması üçün onlar GPS qurğularla təmin edilib. Bu qurğuların vasitəsilə yeni sistem avtomatik şəkildə sifariş olunan ünvana ən yaxın taksini sifarişin icrasına yönəldir.
Sifarişlər peşəkar operatorlar tərəfindən qəbul olunur, müştərinin ünvanı tam dəqiqləşdirilir və yaxın olan sürücüyə onun yerləşdiyi məkan haqqında tam dolğun informasiya çatdırılır. Bütün bunlar yeni tətbiq olunmuş proqram təminatının köməkliyi ilə həyata keçirilir. Bu da vaxt itkisinə yol vermədən, operativ sürətdə müştərilərin sifarişlərini icra etməyə və onlara keyfiyyətli xidmət göstərməyə imkan yaradır.
Nəticədə müştəri ilə sürücünün ünsiyyəti minimuma endirilib. Müştərilər artıq Bakı şəhərinin hüdudlarında həm mobil, həm də stasionar telefonlardan *9000 qısa nömrəsini yığmaqla taksi sifariş edə bilərlər. Mobil nömrələrdən edilən zəng xidməti adi tariflərlə hesablanır. Statasionar nömrələrdən zənglər isə pulsuzdur.
Qeyd edək ki, Müştəri Xidmətləri Mərkəzi 7/24 rejimində fəaliyyət göstərir.
"Bakı Taksi" MMC taksi xidmətinin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə 27 aprel 2010-cu ildə təsis edilib və artıq şəhərin simvoluna çevrilmiş bənövşəyi rəngli 1000 dünyaca məşhur "London Taxi TX4" avtomobilləri idxal edilib. Bu avtomobillər 13 iyun 2011-ci ildən Bakıda taksi kimi fəaliyyətə başlayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
20.03.2019
“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları“nda dəyişiklik edilib
19.03.2019
Azərbaycan 5 min tona yaxın şəkər ixrac edib
19.03.2019
“Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın ilk tirajı oynanılıb
19.03.2019
Azərbaycandan 76 milyon dollar dəyərində meyvə-tərəvəz ixracı olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info