Jan Rotner: “Azərbaycan Fransa üçün dost ölkədir”
Tarix: 16.02.2015 | Saat: 15:32:00 | E-mail | Çapa göndər


"Biz də Avropanın Gənclər Paytaxtı olmaq istəyirik". Fransanın Müluz şəhərinin meri Jan Rotner Gəncədə səfərdə olarkən, bu sözləri dilə gətirib.O qeyd edib ki, böyük bir nümayəndə heyəti ilə Azərbaycana gəliblər: “Müluz şəhəri ilə Gəncə arasında dostluq əlaqələrimiz daha da genişlənir və möhkəmlənir. Azərbaycan Fransa üçün dost ölkədir. Uzun müddətdir ki, mən Gəncə haqqında məlumatlar öyrənirəm və şəhər gənclərinin fəallığı, işgüzarlığı diqqətimi cəlb edir. Mən boynuma simvolik olaraq, Gəncənin 2016-cı il üçün Avropanın Gənclər Paytaxtı olmasını əks etdirən şərfi taxmışam , çünki bu mənim üçün əhəmiyyətlidir. Meri olduğum Müluz şəhərinin 300 min əhalisi var, bunun da 30 faizi gənclərdir. Yaxın zamanlarda Müluz şəhəri də öz namizədliyini irəli sürəcək, bu sahədə Gəncənin təcrübəsini öyrənmək bizim üçün vacib olmaqla, həm də olduqca maraqlıdır. Şəhərdə çox uğurlu işlər görülüb.Ümid edirik ki, Gəncə şəhər rəhbərliyi bizi dəstəkləyəcək, biz də gələcəkdə Avropanın Gənclər Paytaxtı olacağıq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info