Atəşkəs razılaşmasına baxmayaraq, Debaltsevoda döyüşlər gedir
Tarix: 16.02.2015 | Saat: 15:36:00 | E-mail | Çapa göndər


Donbassda atəşkəs haqqında razılaşmanın qüvvəyə minməsinə baxmayaraq, atəşkəsdən öncə gərginliyin episentri olan Debaltsevo şəhəri ətrafında toqquşmalar davam edir.
Ali Radanın üzvü, nüfuzlu hərbi ekspert Dmitri Tımçuk özünün “Facebook” səhifəsində fevralın 15-də Debaltsevo istiqamətində baş verən döyüşlər barədə məlumat verib.
Belə ki, separatçı qruplaşmalar Ukrayna ordusunun Debaltsevo yaxınlığındakı Çernuxino və Novoqriqoryevka kəndlərində yerləşən mövqelərinə hücumlar edərək Ukrayna qüvvələrinin iki blok-postunun mühasirəyə almağa cəhd göstəriblər. Separatçıların 1 tankı minaya düşüb və Ukrayna əsgərləri tərəfindən qumbaraatanla vurulub, 1 piyadaların döyüş maşını (BMP) isə tank əleyhinə idarə olunan raketlə (PTUR) vurularaq ekipajı ilə birlikdə məhv edilib. Separatçılar və daha sonra Ukrayna qoşunlarının mövqelərini artilleriya və reaktiv atəş sistemlərindən atəşə tutublar. Nəticədə Debaltsevo şəhər Milis İdarəsinin binası dağıdılıb. Ölən və yaralanan olmayıb.
Qeyd edək ki, separatçılar yanvarın ortalarından bəri strateji əhəmiyyətli Debaltsevo şəhərini ələ keçirməyə cəhd göstərirlər. Debaltsevo üç tərəfdən separatçıların mövqeləri ilə əhatə olunub və şəhəri Donbassın Ukraynanın nəzarətindəki digər hissəsi ilə birləşdirən yeganə yol da atəş altındadır. Bu, operativ mühasirə şəraiti kimi qiymətləndirilir. Lakin Ukrayna komandanlığı müxtəlif yollarla şəhərdəki hərbi kontingentlə əlaqə yarada bilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info