Los Ancelesdə “Narkotiklərə yox deyək!“ devizi altında geniş tədbir keçirilib
Tarix: 16.02.2015 | Saat: 16:28:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) və Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən 12 fevral 2015-ci ildə ABŞ-ın Los Anceles şəhərində “Narkotiklərə yox deyək!” devizi altında geniş tədbir keçirilib.
Baş Konsulluqdan verilən məlumata görə, Azərbaycan və xarici sənətkarların bu mövzuda hazırladığı rəngkarlıq, karikatura və heykəltəraşlıq əsərlərindən ibarət olan, DGK tərəfindən tərtib edilmiş sərgi tədbirdə nümayiş etdirilib. DGK-nin nümayəndə heyəti bu məqsədlə ABŞ-a səfər edib. Los Ancelesdən öncə oxşar tədbir fevralın 6-da San Fransisko şəhərində keçirilmişdi.
Tanınmış “Qızıl Kürə“ mükafatının hər il keçirildiyi məkanda təşkil olunmuş və Azərbaycan rəmzlərinin əks etdirildiyi səhnənin qurulduğu tədbirdə 600-dən çox tamaşaçı, o cümlədən Los Anceles ictimaiyyətinin nüfuzlu nümayəndələri, burada fəaliyyət göstərən bir sıra ölkələrin baş konsulları, müxtəlif qurum və təşkilatların təmsilçiləri, eləcə də Azərbaycan və digər icmaların fəalları iştirak ediblər.
Tədbiri giriş sözləri ilə açan Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev narkotik vasitələrin qaçaqmalçılığı və qeyri-qanuni istifadəsinin bəşəriyyətin üzləşdiyi ən böyük problemlərdən biri olduğunu deyib. Baş konsul, bu problemə qarşı mübarizəyə Azərbaycan rəhbərliyi tərəfindən xüsusi diqqət verildiyini və bunun sayəsində önəmli nəticələrin əldə olunduğunu diqqətə çatdırıb. Diplomat, tədbirin əsas məqsədinin narkotik vasitələrin mənfi təsirləri barədə ictimaiyyəti məlumatlandırmaq və bütün insanlığa qarşı olan bu fəlakətlə mübarizədə beynəlxalq əməkdaşlığın önəmini bir daha vurğulamaq olduğunu bildirib.
AR Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin direktoru, gömrük xidməti general-mayoru Qambay Əliyev Azərbaycan gömrükçülərinin həyata keçirdiyi fəaliyyətlər və əldə etdikləri uğurlar barədə geniş məruzə ilə çıxış edib. Q.Əliyev narkotiklərdən istifadənin ümumbəşəri bir problem olduğunu qeyd edərək, buna görə də, bu bəla ilə mübarizədə bütün səylərin birləşdirilməsinin vacib olduğunu diqqətə çatdırıb. Natiq, həmçinin, bu sahədə maarifləndirmə işinin gücləndirilməsi məqsədilə DGK-nin “Narkotiklərə yox deyək” mövzusunda müxtəlif ölkələrdə keçirdiyi sərgilərdən bəhs edib.
Sonra ABŞ-ın narkotiklərə qarşı mübarizə üzrə ən tanınmış təşkilatı olan D.A.R.E.-in (Drug Abuse Resistance Education) prezidenti Frank Pequeros və Los Anceles Vilayətinin Nəzarətçilər Şurasının təmsilçisi Lurdes Saab çıxış ediblər. Natiqlər xüsusilə gənc nəslin maarifləndirilməsi işində belə tədbirlərin keçirilməsinin vacibliyini, bu istiqamətdə Azərbaycanın beynəlxalq səviyyədə apardığı ardıcıl təbliğat işlərinin təqdirəlayiq hal olduğunu vurğulayıblar.
Daha sonra Los Anceles şəhərinin meri Erik Qarsetti tərəfindən imzalanmış bəyannamə təqdim olunub. Bəyənnamədə 12 fevral tarixinin Los Anceles şəhərində “Beynəlxalq Narkotiklərə Yox Deyək Günü” elan olunduğu bildirilir. Bəyannamədə Azərbaycanın narkotik vasitələrin qaçaqmalçılığına və qeyri-qanuni istifadəsinə qarşı apardığı mübarizə təqdir olunur.
İki hissədən ibarət olan tədbir konsert ilə davam edib. Azərbaycanın tanınmış incəsənət ustaları tərəfindən milli musiqimizin gözəl nümunələri səsləndirilib. Bu səpkidə bəstəkar Vüqar Camalzadənin müşaiyətilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrın solistləri xalq artisti Samir Cəfərovun və əməkdar artist Afaq Abbasovanın, həmçinin, populyar müğənni Ayaz Qasımovun çıxışları sürəkli alqışlarla qarşılanıb. Həmçinin, San Dieqo Baletinin sənətkarlarının Qara Qarayevin “Yeddi Gözəl” baletindən ifa etdikləri səhnə böyük marağa səbəb olub.
Konsertdən sonra qonaqlar “Narkotiklərə yox deyək” sərgisi ilə tanış olublar.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Masallı rayonunda gənc könüllülərə sertifikatlar təqdim edilib
19.08.2019
Daxili İşlər naziri Daxili Qoşunların paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub
19.08.2019
Baş Prokurorluq, DİN və Vergilər Nazirliyi “Relaks” istirahət mərkəzi ilə bağlı birgə məlumat yaydı
19.08.2019
Rusiyada yaşayan məşhur vəkil Ələkbər Qarayev Kanal 5-in qonağı olub.
19.08.2019
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info