Laçınlı məktəblilər Quba Soyqırımı Memorial Kompleksində oldular
Tarix: 16.02.2015 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Buzovnada yerləşən Laçın rayonu Quşçu kənd orta məktəbinin şagird və müəllimləri, xarici tələbələr, könüllülər və Fondun əməkdaşlarından ibarət qrup Qubada səfərdə olub.
Fonddan verilən məlumata görə, məktəbliləri Quba rayonundakı Heydər Əliyev Mərkəzinin müdiri Elza Orucova, Rayon İcra Hakimiyyətinin nümayəndəsi Bəhruz Əfəndiyev və Bilik Fondunun yerli nümayəndəsi, 3 saylı tam orta məktəbin direktoru Sara Ağayeva qarşılayıblar. Əvvəlcə Qubadakı Heydər Əliyev Mərkəzinə gedən məktəblilər və tələbələr burada Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən foto və sənədlərlə tanış olublar.
Quba Soyqırımı Memorial Kompleksini ziyarət edən klub üzvləri ekspozisiya zalında XX əsrin əvvəllərində Quba şəhərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolarla tanış olduqdan sonra 31 mart soyqırımı haqqında sənədli filmə baxıblar. Kompleksin nümayəndəsi Səidə Abbasova Azərbaycan tarixinin bu dəhşətli səhifələri haqqında ətraflı məlumat verib. Xarici tələbələr kompleksin ərazisində yerləşən kütləvi məzarlıqda gördükləri mənzərədən təsirləndiklərini deyiblər.
Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin sonunda imzaladığı Sərəncama əsasən, erməni vəhşiliyinin yaddaşlardan silinməməsi üçün Quba Soyqırımı Memorial Kompleksi yaradılıb.
Səfər iştirakçıları dağ yəhudilərinin Azərbaycanda kompakt yaşadığı Qırmızı Qəsəbədə də olublar.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info