Hansı ali məktəb liderdir?
Tarix: 16.02.2015 | Saat: 17:46:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbi (BANM) 2014/2015-ci tədris ili üçün tələbə qəbulunun əsas göstəricilərinə görə liderlik mövqeyini saxlayıb. Ali məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə təhsil müəssisələrinin rəhbərləri və KİV nümayəndələri üçün “Abituriyent” jurnalının 2014-cü ildəki 12-ci sayında dərc olunmuş “2014/2015-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlili”ni geniş şərh edib.
Məlumata əsasən, ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin orta ballarına görə ən yüksək nəticələrə malik ali məktəblərin siyahısında BANM qəbulda 668.017 orta balla birinci yerdədir:

№ Ali təhsil müəssisəsi və orta bal
1 Bakı Ali Neft Məktəbi -668.017
2 Azərbaycan prezidenti yanında Dövlət İdarəçilik Akademiyası-601.554
3 “ADA” Universiteti-591.349
4 Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyası-578.450
5 Azərbaycan Tibb Universiteti -569.456
6 Azərbaycan Dövlət Neft Akademiyası -452.058
7 Azərbaycan Dillər Universiteti -433.060
8 Bakı Dövlət Universiteti -426.839
9 “Qafqaz” Universiteti -403.329
10 Naxçıvan Dövlət Universiteti -398.173

1-ci qrup üzrə test imtahanlarında 600 və daha çox bal toplamış abituriyentlərin 24.69%-i BANM-yə daxil olub. BANM-nin “Kimya mühəndisliyi” ixtisasına qəbulda minimal bal 648, orta bal 657.327, “Neft-qaz mühəndisliyi” ixtisası üzrə müvafiq olaraq 660 və 671.880, “Proseslərin avtomatlaşdırlması mühəndisliyi” ixtisası üzrə isə 673 və 684.550 olub. Ən yüksək keçid balı BANM-nin “Neft-qaz mühəndisliyi” (660) və “Proseslərin avtomatlaşdırlması mühəndisliyi” (673) ixtisaslarına qəbulda olub. BANM üzrə Dövlət sifarişi əsasında qəbul planı 100% yerinə yetirilib. Abituriyent ərizələrində ixtisasların birinci yerdə rastgəlmə tezliyinə görə də BANM üzrə göstərici də (81.39) yüksək olub.
Sadalananlar BANM-nin abituriyentlər üçün ən cəlbedici və nüfuzlu ali təhsil müəssisəsi olduğuna sübutdur. Bu isə BANM-də mütəxəssis hazırlığının ən müasir proqramlar və mütərəqqi texnologiyalar əsasında həyata keçirilməsi, biliklərin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, tədris prosesinin Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) müəssisələrindəki və Bakıda fəaliyyət göstərən transmilli şirkətlərdəki istehsalat sahələri ilə sıx əlaqədə aparılması ilə bağlıdır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Qazaxın Məzəm kəndində düşmən atəşindən qorunmaq üçün istinad divarı çəkilir
22.04.2019
Azərbaycan tarixi üçün vacib mənbə - “Araz şahiddir”
22.04.2019
DGK: “Ölkəyə avtomobil gətirilməsində heç bir məhdudiyyətdən söhbət gedə bilməz”
22.04.2019
“Həyat naminə qan ver” aksiyası keçirilib
22.04.2019
KİV nümayəndələri üçün seminar keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info