“Qarabağ münaqişəsinin Minsk qrupu formatında həllini görmürəm, çünki orda ABŞ var”
Tarix: 16.02.2015 | Saat: 18:23:00 | E-mail | Çapa göndər


“Atəşkəs müqaviləsinin imzalanmasından keçən illər ərzində Azərbaycanın ordusu da, iqtisadiyyatı da inkişaf edib”.
Bunu rusiyalı ekspert, Rusiya İctimai Palatasının üzvü Sergey Markov deyib.
O qeyd edib ki, bunu hər kəs, o cümlədən ermənilər də hiss edir: “Digər tərəfdən, blokada vəziyyəti onları bezdirməyə başlayıb. Əminəm ki, bölgədəki insanlar sülh içində yaşamaq və sosial şəraitlərini yaxşılaşdırmaq istəyirlər. Yeni mərhələ üçün isə ilk növbədə Dağlıq Qarabağ ətrafındakı rayonlar geri qaytarılmalı, hərbi gərginlik azaldılmalıdır. Ondan sonra xüsusi status ətrafında danışmaq olar. Ümid edirəm ki, 7 rayonun azad edilməsi ilə də bağlı danışıqlar gedir. Belə olan halda həm infrastrukturun inkişafı üçün şərait yaranacaq, həm də bölgədə davamlı sülhün yaradılması üçün əsaslar olacaq”.
S. Markov vurğulayıb ki, onun dediyi parametrlər Moskva tərəfindən də məqbul sayıla bilər, amma əvvəlcə, mövqelər yaxınlaşmalıdır.
“Münaqişənin ATƏT-in Minsk qrupu formatında həllini görmürəm. Çünki orda ABŞ var və daim prosesi bloklamaqla məşğuldur. Kim Rusiyanın əngəl olduğunu düşünürsə, o, Amerika agentidir. Rusiya bu bölgədə müharibənin olmasında maraqlı deyil. SSRİ dövründə Azərbaycan da, Ermənistan da müttəfiq idi və münaqişə yox idi. Düşünürəm ki, hər iki ölkə yenidən Avrasiya İttifaqında təmsil olunsa, münaqişənin həllində böyük irəliləyiş əldə olunar. Mən demirəm ki, Rusiya Ermənistandan Qarabağı alıb, Azərbaycana verəcək, amma dialoq və sülh üçün daha münbit şərait yaradıla bilər”, - deyə S. Markov əlavə edib.

O, rusiyalı hərbçi Valeri Permyakovun Gümrüdə bir erməni ailəsini öldürməsindən sonra Rusiya-Ermənistan münasibətlərindəki vəziyyət barədə də sualı şərh edib: “Rusiyanın Ermənistandan da sadiq müttəfiqləri var - Belarus və Qazaxıstan. Amma bu münasibətlərin gərginləşməsinə xidmət edən hadisənin mahiyyətini açanda başqa mənzərə yaranır. Həmin şəxs hərbi xidmətdən əvvəl bir xristian sektasının üzvü olub və həmin sekta ABŞ-dan idarə olunur. O, birdən-birə və heç bir səbəb olmadan Ermənistana göndərilməsi üçün müraciət edir, altı ay sonra da bu dəhşətli qətli törədir. Fikrimcə, kimlərsə onun dini inanclarından istifadə edərək, belə bir cinayətə sürükləyiblər. Daha sonra isə Rusiya əleyhinə nümayişlər oldu, Rusiya bayrağı yandırıldı. O qətlin törədilməsində də, Rusiya bayrağının yandırılmasında da bir xüsusi xidmət iştirak edib”.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info