“İlk Avropa Oyunlarına bütün gənclik töhfəsini verəcək”
Tarix: 16.02.2015 | Saat: 19:23:00 | E-mail | Çapa göndər


Murad Həsənli: “Sabirabad gəncləri əvvəlki illərlə müqayisədə asudə vaxtlarını səmərəli keçirirlər”

Müsahibimiz Murad Həsənlidir. O, Sabirabad rayon Gənclər və İdman idarəsinin gənclər sahəsi üzrə baş məsləhətçisidir. Murad Həsənli ilə bölgələrdə gənclər sektoru üzrə görülən işlər, eləcə də ümumilikdə bir sıra sahələr barədə söhbətləşdik.
- Gənc dövlət qulluqçusunuz. Əvvəlki illərlə nisbətdə gənclərin idarəetməyə daha çox cəlb olunmasına münasibətinizi bildirərdiniz.
- Haqlısınız. On il əvvəl ilə müqayisədə bu gün gənc kadrlara daha çox yer verilməsi, gənclərin idarəetmə işlərinə cəlb olunması, onların liderlik qabiliyyətlərinin ortaya qoymaları üçün münbit şəraitin yaradılması halları çoxalıb. Müxtəlif sahələrdə gənc kadrlar üçün geniş imkanlar açılır ki, onlar özlərini göstərsinlər. Zavod, fabrik, ümumilikdə sənaye sahəsindən tutmuş, siyasi institutlar və dövlət işlərindəki idarəetmələrə qədər kifayət qədər perspektivli gənclərin önə çəkilməsi hallarının şahidi oluruq. Ən təqdirəlayiq hal isə odur ki, artıq region gəncləri on, iyirmi il əvvəl olduğu kimi iş dalınca paytaxta axın etmirlər və ya paytaxtda oxuduqları ali təhsillərinin bəhrəsini Bakıda axtarmırlar. Onların əksəri artıq elə regionlara qayıtmağa başlayıblar və müxtəlif sahələrdə işləyirlər. Bu hallar yaşadığım Sabirabad rayonunda da müşahidə olunur.
-Sabirabaddakı sosial vəziyyət haqqında da məlumat verərdiniz.
- Ümumən rayonumuzda son 3 ildə xeyli iş görülüb. Prezident son üç ildə 2 dəfə rayonumuza səfər edib. 3 ildə Heydər Əliyev Mərkəzi, “ASAN Xidmət”, Bayraq Meydanı , yeni uşaq bağçası, bir xeyli məktəb tikilib. Bu ilin yanvar ayından “ASAN Xidmət”in növbəti regional mərkəzinin fəaliyyətə başlaması ən yaddaqalan hadisələrdən biri oldu. Burada xeyli gənc çalışır və ya könüllü xidmət göstərirlər. Sabirabad əvvəlki illərdə olduğu kimi bu gün də özünün inkişaf xəttini davam etdirir. Rayonda bir sıra sosial xarakterli layihələr həyata keçirilir, yenidənqurma işləri görülür. Gözəl binalar tikilir, köhnə binalarda bərpa işləri aparılıb, parklar salınıb. Ümumilikdə ölkəmizin davamlı sosial-iqtisadi inkişafında rayonumuzun da payı çoxdur, desəm yanılmaram. Prezident İlham Əliyev regionlara xüsusi önəm verir, diqqət ayırır və təsadüfi deyil ki, Sabirabadın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər planı haqqında bir neçə dəfə sərəncam olub. Dövlət başçısının müvafiq sərəncamları rayonda ümumilikdə inkişafın, quruculuq və abadlıq işlərinin sürətlənməsinə böyük təkan verdi. Bunu Sabirabada gələnlər də qeyd edirlər və müşahidə edirlər. Bildiyiniz kimi, bölgələrdə uzun illərdən qalma və ən çox narahatlıq doğuran məsələ yolların yüksək səviyyədə olmaması olub. Bu sahə də dövlət başçısının daim diqqətində olub. Eləcə də Sabirabadda İlham Əliyev sözügedən məsələyə həssas yanaşdığını göstərmiş oldu. Onun tapşırığı əsasında son illər Sabirabadda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində xeyli işlər görüldü. Bundan başqa rayon iqtisadiyyatının əsasını aqrar sahə təşkil edir ki, ölkənin ərzaq təhlükəsizliyi proqramına sanballı töhfələr verən zəhmətkeş sabirabadlılar qabaqcıl təcrübəni də tətbiq edərək nailiyyətlər qazanmaqda davam edirlər. Qısası, rayonda görülən işlər haqqında çox danışmaq olar.
-Bəs çalışdığınız idarə ilə bağlı nə deyə bilərsiniz?
- Çox maraqlı və sözün həqiqi mənasında zövqverici bir sahədə çalışıram. Azərbaycanda gənclər və idman sektoru özünün inkişaf dövrünü yaşayır. İqtisadiyyatı inkişaf edən bir ölkədə gənclər sektoru xüsusi önəm daşıyır. Konkret olaraq çalışdığım idarəyə gəldikdə isə idarəmiz hökumətin gənclər və idman siyasətini Sabirabad rayonunda icra etməklə məşğuldur.
Hazırda Sabirabad rayonunda gənclərin səmərəli fəaliyyəti üçün lazım olan bütün şərait yaradılıb. Rayon Gənclər Mərkəzi, Olimpiya İdman Kompleksi fəaliyyət göstərir ki, bu da gənclərimizin vaxtlarını səmərəli keçirmələri üçün böyük əhəmiyyətə malikdir. Region gənclərinin ümumi mənzərəsi paytaxt gənclərindən xeyli fərqlənir. Region gənclərinin özəlliyi və problemləri də Bakıdakı gənclərindən fərqlidir. Buradakı problemlər əslində lokal və yerli şəraitlə bağlıdır. Çalışırıq, bu problemlərin həllində biz də öz mühüm töhfələrimizi verək. Bizim idarə fəaliyyəti daha çox şaxələndirmiş formada aparır. Çalışırıq, müxtəlif maraq qrupunda olan gənclərlə təması elə gənclərin öz maraqları fonunda aparaq. Bu fəaliyyət mexanizmi çox uğurlu oldu. Müxtəlif maraq qrupunda olan gənclər idarə ilə çox səmərəli işləyirlər. Artıq həmin maraq qruplarının özlərinin Gənclər Mərkəzində klubları da var. Könüllülər klubu, İntellektual klub, İT qrupu bundan əlavə Aran Regional Debat Mərkəzi, Sosial–İqtisad Kollecinin Tələbə Gənclər Təşkilatını misal göstərmək olar. İdarəmiz çalışır ki, gəncləri hərtərəfli əhatə etsin, onların bütün problem və məşğuliyyətlərini nəzarətdə saxlasın. Hər qrupun maraqlarına görə, təlim, konfrans, yarış, turnir, maarifləndirici aksiyalar, yay tətilində onların istirahətləri təşkil olunur.
- Bəs ümumilikdə gənclərimizi daha çox hansı problemlər narahat edir?
-Gənclərimizin problemləri yoxdur desək, bu fikir səmimi çıxmaz. Bu gün rayonumuzda gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün yaradılan şəraitdən söz açdıqsa narahatlıq doğuran məqamlara da toxunmalıyıq. Bəzi gənclər neqativ hallara meyilli olurlar. Bu da dünyanın hər yerində belədir. Bunun bir sıra səbəbləri var, ən əsası da gənclərin boş vaxtlarının çox olması və neqativ hallar üçün münbit şəraitin mövcudluğudur. Sevindirici haldır ki, 90-cı illərin əvvəllərində olduğu kimi, bu gün tinlərdə dayanan mənfi istiqamətlərə yönlənmiş gənclər xeyli sayda azalıb. Əsas odur ki, bu halın çoxalmaması üçün münbit şəraitin yaranmasına bundan sonra da imkan verməyək. Gəncləri, xüsusən gənc ailələri mənzil problemi də narahat edir. Ümid edirik ki, hökumət ipoteka şərtlərini sadələşdirəcək, regionlarda karyera quran gənclər üçün xüsusi güzəştlər də ediləcək bu sahədə.
- Azərbaycanda beynəlxalq tədbirlər, mötəbər idman yarışlarının keçirilməsi adi hal alıb. Gənc dövlət qulluqçusu kimi gənclərimizin bu tədbirlərə verdiyi töhfələri necə qiymətləndirərdiniz?
- Doğrudan da mötəbər yarışların bir-birinin ardınca keçirilməsi Azərbaycan üçün xeyli müsbət məqamlar ortaya qoyub. Bu həm tanıtım baxımından, həm də iqtisadiyyata müsbət təsir mənasında çox vacibdir. Gənclərimiz daim bu tip tədbirlərin iştirakçısı olmasına can atıblar. Ən maraqlı və sevindirici hal isə budur ki, mötəbər bir beynəlxalq tədbir- Avropa Oyunları təkcə paytaxta deyil, bölgələrə də siraət edəcək. Bu həqiqətən də çox vacib haldır. Mingəçevirin də bu beynəlxalq yarışın bir hissəsi olması yarışa ev sahibliyi edən bir ölkə rəhbərliyinin uzaqgörənliyi və düzgün xətt tutmalarından xəbər verdi. Həmişə Azərbaycana tədbirlərə gələnlər yalnız Bakını görüb geri dönürdülərsə, artıq bu ənənə mötəbər yarışlarda pozulacaq. Yəni Vətənimizdə qəbul edəcəyimiz qonaqlar görməli yerlərlə tanış olacaqlar, onlar regionlara çıxmaqla gördükləri haqda öz ölkələrində ağız dolusu danışa biləcəklər. Gənclərimiz də bu tədbirlərə tam hazır olmalıdırlar. Hər bir gənc çalışdığı sahədə işinin peşəkarı olmalıdır ki, bu kimi beynəlxalq tədbirlərin təşkilində hər şey yüksək səviyyədə olsun. Bir məqamı da qeyd edim ki, ən sevindirici hallardan biri artıq beynəlxalq dil olan ingilis dilini ölkəmizdə gənclərin demək olar ki böyük əksəri bilir. Bu da vacib məqamdır. Könüllülər seçilərkən bu məqama da xüsusi önəm verilir. Könüllülərin bu tədbirlərə verəcəkləri töhfəni isə qiymətləndirməmək düzgün olmazdı. Məncə, hər şey ən yüksək səviyyədə olacaq. Çünki bütün təşkilati işlər yüksək səviyyədə qurulub və yayda bu mötəbər tədbirə ən böyük töhfəni təkcə gənc idmançılarımız və təşkilatçılar deyil, ümumilikdə gənclik də verəcək!

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info