“Həmsədrlər danışıqlar xatirinə danışıqlar təşkil etmək mərəzindən əl çəkməlidir”
Tarix: 16.02.2015 | Saat: 20:14:00 | E-mail | Çapa göndər


ATӘT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ciddi fəaliyyətinin olmaması bu təşkilatın qeyri-ciddiliyi fikrini yaradır. Minsk qrupunun fəaliyyəti həmsədrlərin regiona ənənəyə çevirilən səfərləri və faydasız bəyanatlarında özünü göstərir. Məhz buna buna görədir ki, ATӘT-in Minsk qrupunun fəaliyyəti ictimaiyyət tərəfindən qınaqla qarşılanır. Artıq həmsədrlərin hər hansı bəyanatı kimsə tərəfindən ciddiyə alınmır. Qeyd edək ki, dünən ATӘT-in Minsk qrupunun amerikalı hәmsәdri Ceyms Uorlik Azərbaycanda "ciddi danışıqlar" olacağına ümid etdiyini deyib. Millət vəkili Sahib Alıyevsə deyib ki, ciddi danışıqlar üçün birincisi, həmsədrlər özləri ciddi omalı, ikincisi, danışıqlar xatirinə danışıqlar təşkil etmək mərəzindən əl çəkməli, üçüncüsü, Azərbaycanla Ermənistanı "tərəflər" yox, işğala məruz qalan və işğalçı adlandırmalı, ona uyğun olaraq da hərəkət etməlidirlər: “Hələlik təəssüf ki, həmsədr ölkələrin hərəkətlərində Mitçel qanununun əlamətlərindən başqa heç nə nəzərə çarpmır. Bilməyənlərin diqqətinə çatdırıram ki, Mitçel "Əgər bir problemi müşkülə çevirmək istəyirsənsə, onun həllilə bağlı çoxlu müzakirəlr keçirmək lazımdır", deyirdi. Həmsədrlər 1994-cü il dekabrında ATƏM-in (o zaman ATƏT belə adlanırdı) Budapeştdə keçirilən Zirvə toplantısından, yəni həmsədrlik institutu təmsil ediləndən üzü bəri ancaq bununla məşğuldurlar. Uorlikin təbirncə desək "ciddi danışıqlar" aparmaqla...”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır
18.09.2018
Təhlükəsiz avtomobil idarəetmə mövzusunda dəyirmi masa
18.09.2018
“Maarifləndirici tədbirlərin nəticəsi olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info