Azərbaycan diaspor təşkilatları Norveç parlamenti qarşısında aksiya keçirəcək
Tarix: 16.02.2015 | Saat: 20:33:00 | E-mail | Çapa göndər


Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (“NAYO”) və Oslo Azərbaycan Evi Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar fevralın 26-da Norveç parlamentinin binası qarşısında mitinq təşkil edəcək. Aksiyada hər iki təşkilatın üzvləri, Azərbaycan diasporunun fəal nümayəndələri və Azərbaycan icmasına yaxın olan norveçlilərin iştirakı planlaşdırılıb.
Mitinqdə 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində ermənilər tərəfindən soyqırıma məruz qalması, günahsız insanların qətlə yetirilməsi bir daha yerli ictimaiyyətin diqqətinə çatdırılacaq və faciəyə Norveç parlamentinin hüquqi qiymət verməsi tələbi irəli sürüləcək. Aksiyanın keçirilməsi üçün müvafiq qurumlardan icazə alınıb.
Qeyd edək ki, 2005-ci ildə yaradılmış Norveç Azərbaycanlıları Gənclər Təşkilatı və 2012-ci ildə təsis edilmiş Oslo Azərbaycan Evi Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı və ermənilərin törətdiyi digər vəhşiliklərin Norveç ictimaiyyətinə çatdırılması, azərbaycanlıların yerli cəmiyyətə inteqrasiyası, Azərbaycan mədəniyyətinin, tarixinin təbliği istiqamətində uğurlu layihələrə imza atıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info