Gəncədə müasir tipli Regional Peşə Tədris Mərkəzi yaradılır
Tarix: 16.02.2015 | Saat: 21:28:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Dünya Bankının “Sosial Müdafiənin İnkişafı” Layihəsi çərçivəsində Gəncə şəhərində müasir tipli Regional Peşə Tədris Mərkəzi yaradılır. Bu il istifadəyə verilməsi nəzərdə tutulan Mərkəz Gəncə şəhərinin və ətraf rayonların işsiz və işaxtaran sakinlərinin müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığının təşkilinə və onların əmək bazarına çıxış imkanlarının artırılmasına xidmət göstərəcək. Mərkəzdə əlilliyi olan şəxslərin də peşə hazırlığının təşkili, habelə bu təbəqədən olan şəxslərin maneəsiz hərəkət imkanlarına malik olmaları üçün lazımi şərait yaradılır. Burada əmək bazarında tələb olunan müxtəlif peşələr üzrə lazımi texniki və tədris vəsaitləri ilə təmin olunmuş sinif otaqları və emalatxanalar, yataqxana, kitabxana, akt zalı, bufet və s. fəaliyyət göstərəcək. Peşə tədris mərkəzində ənənəvi təlim üsulları ilə bərabər, işaxtaranların daha müasir üsulla və qısa zamanda yeni peşələrə yiyələnmələrinə və əmək bazarına daxil olmalarına imkan verən modul təlim texnologiyalarından geniş istifadə olunacaq.
Xatırladaq ki, hazırda ƏƏSMN-nin Bakı, Naxçıvan şəhərlərində və Göyçay rayonunda Regional Peşə Tədris Mərkəzləri fəaliyyət göstərir. Son bir ildə ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığına cəlb olunan 3786 nəfər işsiz və işaxtaran şəxsin 2 min nəfərə yaxını məhz həmin mərkəzlərdə yeni peşələrə yiyələnib. “Sosial Müdafiənin İnkişafı” Layihəsi çərçivəsində son vaxtlarda Bakı və Göyçaydakı mərkəzlərdə yenidənqurma işləri aparılıb, yeni sinif otaqları və emalatxanalar yaradılıb, onların maddi-texniki bazası daha da gücləndirilib.

İlkin




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info