“Ukraynada yaranan böhranın səbəbi ABŞ-ın müdaxiləsidir”
Tarix: 16.02.2015 | Saat: 23:14:00 | E-mail | Çapa göndər


“Birləşmiş Ştatlar Ukraynada davam edən böhrandan bütün regionda stabilliyi pozmaq üçün istifadə edir”

Son dövrlər ABŞ-ın dünya arenasındakı siyasəti, təkcə ölkə xaricində deyil, ölkədəki nüfuzlu şərxslər tərəfindən də tənqid edilməkdədir. Buna bariz nümunə kimi, politoloq, Beynəlxalq Tədqiqat Mərkəzinin direktoru Xoakin Floresin fikirlərini qeyd edə bilərik. O “Press TV”yə bildirib ki, Ukraynada yaranan böhranlı vəziyyətin səbəbi ABŞ-ın müdaxiləsidir. Ona görə də Vaşinqton insanlığa qarşı yönəlmiş dəhşətli cinayətlərə görə cavab verməlidir: “Birləşmiş Ştatlar Ukraynada davam edən böhrandan bütün regionda stabilliyi pozmaq üçün start meydançası kimi istifadə edir. ABŞ nə qədər ki, Ukraynadan regionda stabilliyi pozmaq üçün plasdarm kimi istifadə edə bilir, oradan əl çəkməyəcək. Ukraynada yaranan böhranın səbəbi ABŞ-ın müdaxiləsidir. Buna görə də Kiyevin yeni hökuməti ilk növbədə ABŞ tərəfindən idarə olunur. Yeni Kiyev hökumətini işğalçı adlandırmaq olar. Milyonlarla ukraynalı hökumətin açdığı atəşə görə evlərindən köçməyə məcbur olublar. Suveren hakimiyyətlər özlərini belə aparmırlar. Ona gör də məhz ABŞ insanlıq əleyhinə dəhşətli cinayətlərə görə cavab verməlidir”.

“Kiyevin yeni hökuməti ilk növbədə ABŞ tərəfindən idarə olunur. Milyonlarla ukraynalı evlərindən köçməyə məcbur olub. Ona görə də ABŞ insanlıq əleyhinə dəhşətli cinayətlərə görə cavab verməlidir”

Xatırladaq ki, bu fikirlərində Flores tək deyil. Ondan bir müddət əvvəl “Sputnik” radiosuna açıqlama verən Çikaqo Universitetinin siyasi elmlər üzrə professoru Con Mirşaymer oxşar fikirlər səsləndirib. Professor da iddia edib ki, xarici siyasətdə tez-tez yanlışlıqlara yol verən və kənarda günahkar axtaran ABŞ səhvlərini etiraf etmək istəmir. Mirşaymerə görə, NATO-nun genişlənmə siyasəti və Ukraynaya verilən dəstək bu ölkədə böhrana səbəb olub: “Hələ bundan xeyli əvvəl xəbərdarlıq edilirdi ki, Gürcüstan və Ukraynanın NATO-ya üzv olmaq istəyi ağır nəticələrə gətirib çıxara bilər. İndi səhv etdiklərini etiraf etmək istəməyərək, Vladimir Putini ittiham edirlər”. Mirşaymer bildirir ki, istər NATO, istərsə də Avropa Birliyinin addımları Ukraynanı Rusiyanın təsir dairəsindən uzaqlaşdırmağa hesablanmışdı: “İndi həmin dairələr özlərini “yaxşı oğlan”, Rusiyanı isə “cinayətkar” kimi təqdim etməyə çalışırlar. Onlar münaqişənin həllinə çalışmaqdansa, Kiyevi silahlandırmaqla alov üzərinə yağ tökürlər. Amerika isə özünü haqlı göstərməyə çalışaraq, hər şeyi rusların üstünə yıxmağa çalışır”.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
“Onlar Türkiyəni bölməyə, zəiflətməyə çalışan Vətən xainləri idilər”
16.07.2019
Mogerini ABŞ-ı Avropa İttifaqının ən yaxşı tərəfdaşı adlandırıb
15.07.2019
“Bir gün səbir kasası daşacaq”
14.07.2019
Azərbaycanın müasir tarixi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır
14.07.2019
Azərbaycanda təhsilin hazırkı səviyyəyə çatmasında Heydər Əliyevin müstəsna xidmətləri olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info