Xocalı soyqrımı Ukraynanın Çerniqov Vilayət Radasında müzakirə olunacaq
Tarix: 17.02.2015 | Saat: 15:05:00 | E-mail | Çapa göndər


Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğunun təşkilatçılığı ilə Ukraynanın bir sıra vilayət və şəhərlərində Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı silsilə tədbirlərin keçirilməsinə başlanılıb.
Çerniqov Vilayət Radasının binasında keçirilən ilk anım mərasimində Çerviqov administrasiyası rəsmiləri, deputatlar, diaspor fəalları, jurnalistlər, kursantlar, yerli və xarici tələbələr iştirak ediblər. Anım mərasimini Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov açaraq ermənilərin son 2 əsrdə xalqımıza və ölkəmizə qarşı həyata keçirtdikləri soyqırımı və işğalçılıq siyasəti haqqında ətraflı məlumat verib. Fəxri konsul ermənilərin zaman-zaman Azərbaycana köçürülməsi siyasətindən bəhs edərək imperiya dövlətlərinin ssenarisi əsasında Azərbaycanın əzəli torpaqları üzərində Ermənistan adlı dövlətin yaradılmasını tarixi faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Erməni silahlı qüvvələrinin 23 il bundan öncə Xocalı şəhərində azərbaycanlılara qarşı həyata keçirtdikləri vəhşiliklərdən söz açan fəxri konsul dünya birliyinin və beynəlxalq təşkilatların indiyədək belə bir bəşəri cinayətə hüquqi siyasi qiymət verməmələrini tarixi ədalətsizlik kimi səciyyələndirib. Bu baxımdan son illər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya Ədalət" kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərin tarixi əhəmiyyətindən söz açan Ə.Salmanov qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunmasını istəyir: "Əgər ermənilər işğalçılıq siyasətindən əl çəkməsə, bölgədə lider dövlətə çevrilən qüdrətli Azərbaycan dövləti məcburiyyət qarşısında qalıb öz ərazi bütövlüyünü güc yolu ilə bərpa edəcək".
Sonra təbdirə qatılanlar Xocalı soyqırımını özündə əks etdirən sənədli filmə baxmaqla özlərini beynəlxalq arenada yazıq və məzlum xalq kimi qələmə verən erməni hiyləgərliyinin vəhşilik obrazı ilə tanış oldular.
Filmə baxdıqdan sora həyəcan dolu notlarla çıxış edən Çerniqov Vilayət Deputatlar Şurasının sədri Nikolay Zverev, tarixçi alim Anatoli Qançarenko və digər şəxslər ermənilərin Xocalı şəhərində uşaqlara, qadınlara, qocalara və dinc əhaliyə qarşı həyata keçirtdikləri qəddarlıqları tək bir xalqa qarşı deyil, ümumilikdə insanlığa yönəlik bəşəri cinayət olduğunu nəzərə çatdırıblar. Dünya birliyinin və beynəlxalq təşkilatların indiyədək Xocalı faciəsinə hüquqi siyasi qiymət verməmələrindən təəssüfləndiklərini bildirən natiqlər Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun təşəbbüsü ilə Xocalı soyqırımının Çerniqov Vilayət Radasında müzakirəyə çıxarılacağını və bu tarixi cinayətə hüquqi siyasi qiymət verilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət qəbul olunacağını bildiriblər.
Xocalıda törədilmiş faciəni Azərbaycan xalqına qarşı həyata keçirilmiş əsl soyqırımı siyasəti adlandıran vilayət rəsmiləri bu cinayəti törədənlərin beynəlxalq məhkəmə qarşısında ən ağır cəzaya məhkum olunmasının vacibliyini vurğulayıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info