Türkiyədə Azərbaycan-Xocalı prospektinin açılışı olub
Tarix: 17.02.2015 | Saat: 15:11:00 | E-mail | Çapa göndər


Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Türkiyənin Kırıkkale şəhərində “Xocalı soyqırımı və erməni gerçəkliyi” mövzusunda konfrans keçirilib.
Türkiyə Kamu Çalışanlar Fondunun (TÜRKAV) Kırıkkale şöbəsi tərəfindən təşkil olunan tədbirdə Azərbaycanın bu ölkədəki səfirliyinin və Kırıkkaleyə vilayətinin nümayəndələri, tanınmış elm xadimləri və ictimaiyyətin təmsilçiləri iştirak ediblər.
Tədbirdə professorlar - Əflatun Nemətzadə, Camaləddin Taşkıran və Saleh Sultansoy Xocalı soyqırımı və onun nəticələri barədə iştirakçılara ətraflı məlumat veriblər. Çıxışlarda təcavüzkar Ermənistan dövləti tərəfindən törədilən Xocalı soyqırımı barədə dünya ictimaiyyətinə daha geniş məlumatlar çatdırmağın vacibliyi qeyd olunub.
Tədbir çərçivəsində Azərbaycan səfirliyinin təklifi əsasında Sulakyurt rayonunda “Azərbaycan-Xocalı” adı verilmiş prospektin rəmzi açılışı olub.
Səfirliyin əməkdaşı Nadir Cəfərov Türkiyədə “Azərbaycan-Xocalı” adının əbədiləşdirilməsini Xocalı soyqırımı qurbanlarının xatirəsinə göstərilən böyük ehtiram olduğunu bildirib. O, bu barədə qərarın qəbul olunmasını xalqlarımız və dövlətlərimiz arasındakı qardaşlıq münasibətlərinin bariz nümunəsi kimi dəyərləndirib.
Mərasimdə Sulakyurt rayon bələdiyyəsinin sədri İsmail Bildik, TÜRKAV Kırıkkale şöbəsinin rəhbəri Murat Buluç və digərləri iştirak ediblər.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Qırğızıstanda türk dövlətlərinin etnofestivalı keçirilib
20.04.2019
Azərbaycan startap-ekosistem reytinqində mövqeyini yaxşılaşdırıb
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info