Nyu-Yorkda “qansız” dövr
Tarix: 17.02.2015 | Saat: 15:19:00 | E-mail | Çapa göndər


Nyu-York polisi əlamətdar hadisəni qeydə alıb. Belə ki, ABŞ-ın ən iri meqapolisində ilk dəfə olaraq 13 gün ərzində heç bir qətl hadisəsi baş verməyib.
TASS informasiya agentliyi xəbər verir ki, şəhər tarixində ən “qansız” dövr fevralın 1-dən başlayıb və keçən şənbə günü başa çatıb. Həmin gün Kuins rayonunun 28 yaşlı sakini başından güllə yarası alaraq həyatını itirib.
Qeyd edək ki, əvvəlki rekord 2014-cü ilin fevral ayına aiddir. Həmin dövrdə 10 gün ərzində heç bir qətl hadisəsi qeydə alınmamışdı.
1990-cı ildə Nyu-York şəhərini “qətlin beynəlxalq paytaxtı” adlandırmışdılar. Həmin ildə qatillərin qurbanı düz 2245 nəfər olmuşdu. Bundan sonra şəhər rəhbərliyinin sərt siyasəti nəticəsində cinayətkarlıq kəskin şəkildə azalmağa başlamışdı. 2010-cu ildə Nyu-York ABŞ-ın ən təhlükəsiz iri şəhəri elan edilmişdi. 2014-cü ildə isə meqapolisdə cəmi 328 qətl hadisəsi baş vermişdi.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.07.2019
ABŞ-ın dövlət katibi Türkiyəyə “S-400“ sazişindən məyusluğunu bildirib
20.07.2019
İstanbulda keçirilən əməliyyat zamanı 217 cinayətkar saxlanılıb
20.07.2019
ABŞ-da isti hava altı nəfərin ölümünə səbəb olub
20.07.2019
23 avqustda İran enerji birjasında neft satacaq
20.07.2019
Ərbildə türkiyəli diplomatı qətlə yetirən terrorçu dəstənin başçısı tutulub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info