Naxçıvanın qazla təchizatının başqa yolları hazırlanır
Tarix: 17.02.2015 | Saat: 15:54:00 | E-mail | Çapa göndər


Azərbaycan bir dövlət kimi İrana qaz verir, İran isə 15%-lik haqq almaqla Naxçıvana qaz satır. Bunu Azərbaycanın qonşu ölkələrə qaz satması, amma ölkənin bəzi rayonlarında təbii qazın olmaması ilə bağlı səslənən fikirlərə aydınlıq gətirən ARDNŞ-in Neft-qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanov deyib.
O bildirib ki, hazırda bu yolla Naxçıvana 1,2 mln. kubmetr qaz verilir: "Biz Naxçıvanın qazla təchizatının başqa yollarını da hazırlayırıq. Birinci yol Türkiyədən qaz çəkilməsidir ki, bu da demək olar ki, reallaşmaq üzrədir. Artıq Naxçıvan ərazisində xətlər çəkilib. Təkcə Türkiyə tərəfi ilə bəzi dəqiqləşdirmələr aparmaq lazımdır. Digər məsələ isə Muxtar Respublikada tutumu 300 mln. kubmetr olan qaz anbarının tikilməsidir. Biz artıq bu sahədə müəyyən işlər aparmışıq. Bəzi quyular qazmışıq. Amma hələ yenə bir çox quyu qazılmalıdır”.
R.Qurbanov Qazaxıstanın “Kaşaqan” yatağında hasil edilən neftin BTC vasitəsi ilə dünya bazarına çıxarılması və bunun “Azeri Light”ın keyfiyyətinə mənfi təsir etməsi məsələsi haqqında da danışıb: “Kaşaqan” nefti indi də BTC vasitəsi ilə daşınır. İndi həmin neft tankerlərlə BTC-yə vurulur. Düzdür, o neftin sıxlığı və kükürdü bizimkindən çoxdur. Amma biz bu nefti elə vururuq ki, “AzeriLight”ın keyfiyyətini aşağı salmasın”
Onunun sözlərinə görə hazırda ümumilikdə 82 yatağımız var ki, onlardan 59-u işlək vəziyyətdədir: “Həmin yataqlardan böyük əksəriyyət quruda, bir qismi isə dənizdə yerləşir. Hazırda fəaliyyət göstərən 59 yataqdan 40-ı quruda, 19-u isə dənizdə yerləşir. Dənizdə olan yataqlardan ən böyükləri “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarıdır ki, indiyə qədər birincidə olan 78 quyudan 350 mln. ton neft, 105 mlrd. kubmetr qaz hasil edilib. “Şahdəniz”dən isə 15 mln. ton kondensant, 59 mlrd.kubmetr qaz hasil edilib. “Şahdəniz”in ikinci fazasında hələ 26 quyu qazılmalıdır”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info