Köçəryan həyəcan təbili çaldı: “Həbslər və repressiyalar ölkəni dərin böhrana aparacaq”
Tarix: 17.02.2015 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


“Ermənistan hakimiyyəti bütün sərhədləri aşaraq açıq terrora başlayıb”.
Ermənistan mətbuatının yaydığı məlumata görə, bu barədə müxalif “Çiçəklənən Ermənistan” partiyasının bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, partiyanın yerlərdəki təşkilatlarının rəhbərləri və fəalları polisə aparılır. Xüsusi təyinatlılar isə deputat Rüstəm Qasparyanın evinə basqın ediblər.
Həmçinin partiyanın Armavir təşkilatının rəhbərinin həbsi barədə məlumat yayılıb.
Məsələ ilə bağlı fikirlərini açıqlayan Ermənistanın sabiq prezidenti Robert Köçəryan “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyana qarşı yönələn addımların heç bir məntiqə əsaslanmayan siyasi təqiblər kimi qiymətləndiriləcəyini bildirib. Onun sözlərinə görə, hakimiyyət partiyaya qarşı təqibləri gücləndirdikcə, müxalifətin cəmiyyətdəki mövqeləri daha da möhkəmlənəcək.
“Bütün bunların prezidentin nəyinə lazım olduğunu anlamıram. Baş verənlər iqtisadiyyatda, Dağlıq Qarabağda təmas xəttində və “erməni soyqırımı”nın 100 illiyi ilə əlaqədar tədbirlərdə özünü göstərəcək”, - deyə o vurğulayıb.
Bununla belə R. Köçəryan qeyd edib ki, hakimiyyətin hələlik çıxış yolu qalır. Onun sözlərinə görə, iqtidar dayanmalıdır və “Çiçəklənən Ermənistan” partiyasının liderinə qarşı heç bir addım atmamalıdır. İqtidar partiyasının Siyasi Şurasında səslənən bəyanatların müxalifəti küçələrə çıxmağa məcbur etdiyini deyən sabiq prezident bildirib ki, həbslər və repressiyalar ölkəni dərin böhrana aparacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info