İstehsalatla əlaqəli bədbəxt hadisələrin sayında azalma qeydə alınıb
Tarix: 17.02.2015 | Saat: 17:02:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən cari ilin yanvar ayında qeydə alınan istehsalatla əlaqəli bədbəxt hadisələrin sayında azalma özünü göstərib. Belə ki, ötən ay DƏMX tərəfindən qeydə alınan istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 2014-cü ilin yanvar ayı ilə müqayisədə 28,5 faiz azalaraq 15-ə enib. Eyni zamanda, istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində xəsarət alanların sayı 50 faiz azalmaqla 10 nəfər təşkil edib. Ötən ilin yanvar ayında istehsalatla əlaqəli qrup halında 4 bədbəxt hadisə baş verdiyi halda, bu ilin yanvar ayında ümumiyyətlə belə hadisə qeydə alınmayıb. DƏMX istehsalatla əlaqəli baş vermiş hər bir bədbəxt hadisə ilə bağlı müvafiq qaydada təhqiqat işləri apararaq, konkret tədbirlər görüb. İstehsalatla əlaqəli bədbəxt hadisələrin sayının azalması iş yerlərində əməyin mühafizəsinin qanunvericiliyə uyğun təşkilinə Xidmət tərəfindən dövlət nəzarətinin gücləndirilməsinin, həmçinin işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı işəgötürənlər arasında aparılan geniş təbliğat-məlumatlandırma işlərinin müsbət nəticəsidir.

Qorqud






 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info