Nizami rayonunda 13 minə yaxın sakin tibbi müayinələrdən keçib
Tarix: 17.02.2015 | Saat: 17:12:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin tapşırığı əsasında fevralın 2-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi kampaniyası Bakının Nizami rayonunun sakinləri tərəfindən də rəğbətlə qarşılanıb.
Fevralın 2-dən 16-dək artıq 12 min 957 rayon sakininin tibbi müayinələrdən keçirilməsi təmin edilib. Müayinələr zamanı xəstəlik aşkarlanan 643 nəfər ambulator, 107 nəfər stasionar müalicəyə götürülüblər. Ümumilikdə isə rayon üzrə 18 yaşdan yuxarı 116 min nəfərin profilaktik müayinələrdən keçirilməsi nəzərdə tutulub.
Dövlət başçısının tapşırığının icrası ilə əlaqədar rayon icra hakimiyyətində operativ tədbirlər görülüb. Rayon rəhbərliyinin yanında idarə, təşkilat, səhiyyə müəssisələri rəhbərlərinin və rayon fəallarının iştirakı ilə müşavirə keçirilib. Müşavirədə səhiyyə müəssisələrinin rəhbərlərinə müəssisələrdə tibbi avadanlıqların işlək vəziyyətdə olması, tibbi heyətin hazırlığı barədə tapşırıq verilib. Rayon sakinləri tibbi müayinə aksiyası barədə məlumatlandırılıblar. Sakinlərin tibbi müayinəsinin yüksək səviyyədə və mütəşəkkil təşkili məqsədi ilə müvafiq komissiya yaradılıb, xüsusi qrafik tərtib edilib. Hazırda sakinlər rayon ərazisində yerləşən 18 və 32 nömrəli birləşmiş şəhər xəstəxanalarında və 26 nömrəli şəhər poliklinikasında müayinə olunurlar.
Rayondakı 26 nömrəli şəhər poliklinikasında sakinlər müayinələrdə mütəşəkkil qaydada iştirak edirlər. Vətəndaşlar qrafik əsasında qeydiyyata düşdükdən sonra terapevtlər tərəfindən yoxlanılır, sonra onlar laborator, elektrokardioqrafiya, ultrasəs və rentgen müayinələrindən keçirlər.
Poliklinikanın şöbə müdiri Tahirə Əliyeva bildirib ki, ötən əsrin 70-ci illərindən fəaliyyət göstərən poliklinika rayonunun 66 min sakininə xidmət edir. Bugünkü aksiya onun göstərir ki, əhalinin sağlamlığının qorunması Azərbaycan dövlətinin əsas hədəflərindəndir. İllərlə həkimə gəlməyənlər indi müayinələrə cəlb olunurlar. Müayinələrin əsas məqsədi xəstəliklərin erkən aşkarlanmasıdır. Bu isə dövlət başçısının tapşırığı əsasında aparılan tibbi müayinə aksiyasının əhəmiyyətini daha da artırır. Şöbə müdirinin dediyinə görə, poliklinikada aksiya başlayandan indiyə qədər 3 min 700 nəfər hərtərəfli tibbi müayinədən keçib. Müayinə olunan sakinlərin 216-da ürək-damar, onkoloji və endokrinoloji xəstəliklər aşkar edilib.
Müayinədən keçənlər öz sağlamlıqları barədə məlumat əldə etdiklərinə görə Prezident İlham Əliyevin bu humanist addımından razılıqlarını bildiriblər.
Rayondakı 61 nömrəli məktəbin direktoru Zemfira Şıxəliyeva vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığı ilə başlanan bu kampaniya genefondumuzun qorunmasına, eləcə də ölkə vətəndaşlarının sağlamlıqlarının qorunmasına xidmət edir.
Poliklinikanın həkim heyətindən razılığını bildirən rayon sakini Yeganə Abdullayeva deyib: ”Mən də bütün müayinələrdən keçdim. Müşahidə etdiyiniz kimi, insanlar öz sağlamlıqları barədə məlumat əldə etmək üçün axın-axın gəlirlər və həkimlərin müayinəsindən keçirlər. Biz buna görə dövlətimizin başçısına minnətdar olmalıyıq.”

Təhminə




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sağlamlıq imkanları məhdud gənc yazar Azərbaycan Gənclərinin VIII Forumunda çıxış edib
21.11.2018
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
21.11.2018
Oğuzun Muxas kəndinə təbii qaz verilib
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info