Ötən il 127 mindən artıq yeni iş yeri açılıb
Tarix: 17.02.2015 | Saat: 17:23:00 | E-mail | Çapa göndər


Ötən il ərzində Azərbaycanda 127 315 yeni, o cümlədən 105 120 daimi iş yerləri açılıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin yanvar-dekabr aylarında açılmış daimi iş yerlərinin 12,6%-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 10,4%-i mövcud müəssisə və təşkilatlarda, 0,7%-i fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 76,3%-i isə fiziki şəxslər tərəfindən yaradılıb.
Yeni iş yerlərinin 69,8%-i regionların, o cümlədən 19,8%-i Aran, 13,4%-i Gəncə-Qazax, 3,0%-i Naxçıvan, 6,8%-i Lənkəran, 5,4%-i Şəki-Zaqatala, 5,0%-i Quba-Xaçmaz, 3,0%-i Yuxarı Qarabağ, 8,7%-i Abşeron, 4,0%-i Dağlıq Şirvan, 0,7%-i isə Kəlbəcər-Laçın iqtisadi rayonunun payına düşüb.
Ötən ilin yanvar-dekabr ayları ərzində 82,3%-i özəl sektorda açılmış yeni iş yerlərindən daimi iş yerlərinin əksər hissəsi qeyri-neft sektorunda, o cümlədən 5,3%-i tikinti, 2,9%-i emal sənayesi, 3,1%-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 1,0%-i nəqliyyat və anbar təsərrüfatın, 1,2%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 0,8%-i təhsil, 0,4%-i informasiya və rabitə, 1,6%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 0,9%-i peşə, elmi və texniki fəaliyyət, 0,6%-i maliyyə və sığorta fəaliyyəti, 1,0%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, eləcə də digər fəaliyyət sahələri üzrə ixtisaslaşan müəssisə və təşkilatlarda yaradılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Gələcəyin iqtisadiyyatı: peyk müşahidəsi ixrac potensialını yüksəldəcək
19.11.2018
Doqquz ayda Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
19.11.2018
Lukaşenko: “Bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq”
19.11.2018
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info