Azərbaycan Milli Kitabxanasında görüş
Tarix: 17.02.2015 | Saat: 18:15:00 | E-mail | Çapa göndər


Polşanın antiplagiat kompaniyasının prezidenti Sebastyan Kavçinski və Bakı ofisinin direktoru Əli Təhməzov M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında olublar.
Kitabxanadan bildiriblər ki, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov rəhbərlik etdiyi qurum haqqında, onun elektron resursları barədə qonaqlara məlumat verib.
Polşanın antiplagiat kompaniyası haqqında danışan S.Kavçinski bildirib ki, 2002-ci ildən fəaliyyət göstərən kompaniya Moldova, Almaniya, Rumıniya, Polşa və digər Avropa ölkələrində, Cənubi Amerikada fəaliyyət göstərir və 200-dən artıq müştərisi var.
Azərbaycanın onlar üçün çox maraqlı ölkə olduğunu vurğulayan S.Kavçinski burada da fəaliyyət göstərməyi düşündüklərini söyləyib. Antiplagiat kompaniya artıq Azərbaycanda Ali Attestasiya Komissiyası, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Təhsil Nazirliyi və bir neçə ali təhsil ocaqlarının rəhbərləri ilə görüşüb və antiplagiatlıq üzrə Azərbaycanın milli proqramlarını təklif ediblər. Kompaniyanın hazırladığı proqramlar təhsil müəssisələrində, nəşriyyatlarda, kitabxanalarda intellektual mülkiyyətin qorunmasına, sənədlərdə plagiat faylların aşkar olunmasına xidmət edir. Proqramlar hər hansı dildə plagiatı müəyyən etmək imkanına malikdir.
Görüşün sonunda K.Tahirov proqramla ətraflı tanış olacağını, proqramların Azərbaycan Milli Kitabxansı üçün əhəmiyyətini araşdıracağını bildirib.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 1400 manat maaşla sürücü axtarılır
5 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info