Böyük Britaniyada Azərbaycana dair xüsusi nəşr
Tarix: 17.02.2015 | Saat: 18:27:00 | E-mail | Çapa göndər


Böyük Britaniyanın “Business Outlook” müstəqil media şirkəti tərəfindən “Leading edge - Azerbaijan 2015” adlı xüsusi nəşr dərc edilib.
Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən verilən məlumata görə, ARDNŞ və səfirliyin birgə dəstəyi ilə dərc edilmiş xüsusi nəşr Azərbaycanın qeyri-enerji ölkəsi, xüsusilə də idman və mədəniyyət ölkəsi kimi tanıdılması məqsədilə hazırlanıb.
Xüsusi nəşr Azərbaycan Prezidenti İlham Əliyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, ARDNŞ prezidenti Rövnəq Abdullayev, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş əməliyyat direktoru S. Kleqq, səfir Tahir Tağızadə və ölkəmizdə qeyri-enerji sahələrində uğurla fəaliyyət göstərən aparıcı şirkətlərin rəhbərlərindən götürülmüş müsahibələr əsasında hazırlanıb.
Nəşrdə ilk dəfə iyun ayında Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına xüsusi yer ayrılıb, bu mühüm idman hadisəsinin uğurlu təşkili istiqamətində görülən işlər ətraflı işıqlandırılıb. Xüsusi nəşrə həmçinin Birinci Avropa Oyunlarını izləmək məqsədilə ölkəmizə səfər edəcək avropalı turistlər üçün paytaxt Bakıya dair xüsusi turist bələdçisi daxil edilib.

Nəşrin elektron versiyası ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:
http://www.businessoutlook.co.uk/guides/azerbaijan.html

Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır
18.09.2018
Təhlükəsiz avtomobil idarəetmə mövzusunda dəyirmi masa
18.09.2018
“Maarifləndirici tədbirlərin nəticəsi olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info