“Biz istəyirik ki, ötən iyirmi ildə qurduğumuz əlaqələri davam etdirək”
Tarix: 17.02.2015 | Saat: 18:28:00 | E-mail | Çapa göndər


“Son on gün ABŞ-Azərbaycan münasibətlərində çox məşğul dövr olub. Dövlət katibinin enerji məsələləri üzrə koordinatoru, ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri bu müddətdə Bakıda olub. Öz səfərimi də bura əlavə edərək, bildirmək istəyirəm ki, Prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla səmimi görüşlər keçirmişəm”.
Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland Azərbaycana səfərinin yekunları ilə bağlı deyib.
V. Nuland Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşdüyünü bildirib: “Bütün görüşlərdə eyni mesajı çatdırmışıq ki, ABŞ Azərbaycanla 20 ildən artıq dövrdə quruduğu əməkdaşlığı yüksək dəyərləndirir. Biz Azərbaycanı müstəqil, demokratik ölkə kimi görmək istəyirik. Biz istəyirik ki, ötən iyirmi ildə qurduğumuz əlaqələri davam etdirək. Mən 1993-cü ildən Bakıya səfərlər etdirəm. Ölkələrimiz arasında üç sahə - təhlükəsizlik, iqtisadiyyat-enerji və demokratiya sahələri üzrə əməkdaşlıq var.
Təhlükəsizlik sahəsində, terrorizmə və ekstremizmə qarşı mübarizədə Əfqanıstan və Kosovoda çiyin-çiyinə mübarizə aparmışıq”.
ABŞ rəsmisi onu da deyib ki, onunla birgə Azərbaycana ölkəsinin Müdafiə Nazirliyinin, ABŞ-ın Avropa Komandanlığının nümayəndələri, Müdafiə Nazirliyinin bölgə üzrə təmsilçiləri də gəlib: “Birgə təlimlər, Azərbaycanda sülhyaratma qüvvələrinin öyrədilməsi, gücləndirilməsi sahəsində müzakirələr aparılır”.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info