ƏƏSMN-nin e-xidməti vasitəsilə 11600 nəfərdən çox şəxs iş yerinə dair elektron arayış əldə edib
Tarix: 17.02.2015 | Saat: 19:54:00 | E-mail | Çapa göndər


“İş yerinə dair arayış” e-xidməti işəgötürənə müraciət etmədən iş yeri haqqında arayış əldə etməyə imkan verir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən ötən il dekabrın əvvəllərində istifadəyə verilən “İş yerinə dair arayış” elektron xidməti vasitəsilə işçilərə indiyədək artıq 11610 iş yerinə dair elektron arayış verilib.
Dövlət başçısının 2014-cü il 3 fevral tarixli fərmanına əsasən, ƏƏSMN tərəfindən ötən ilin 1 iyulundan əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminin tətbiqi əmək müqavilələri, onların tərəfləri olan işçi və işəgötürənlərlə bağlı dolğun məlumat bazasını formalaşdırıb. Bu məlumat bazası əsasında yaradılaraq istifadəyə verilən “İş yerinə dair arayış” elektron xidməti vətəndaşlara işəgötürənə müraciət etmədən, bunun üçün vaxt və vəsait (nəqliyyat xərci) sərf etmədən ümumi təyinatlı və ya hər hansı bir konkret quruma təqdim etmək üçün iş yeri haqqında e-arayış əldə etməyə imkan verir. İş yeri haqqında arayışın əmək haqqı göstərilməklə və ya göstərilmədən əldə edilməsi də mümkündür.
Elektron arayışda növündən asılı olaraq işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, onun müddətli və ya müddətsiz olması, həmçinin arayışın etibarlılıq müddəti və s. məlumatlar da dolğun şəkildə öz əksini tapır. Hazırda “İş yerinə dair arayış” e-xidməti vətəndaşların “Elektron hökumət” portalı üzərindən ən çox istifadə etdikləri elektron xidmətlər siyahısındadır. Ötən ilin dekabr və cari ilin yanvar ayı ərzində bu e-xidmətdən istifadə sayı ümumilikdə 28689 ədəd təşkil edib.

İlkin




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info