Latviyada azərbaycanlı parlamentin komitə sədri seçilib
Tarix: 17.02.2015 | Saat: 19:55:00 | E-mail | Çapa göndər


Latviya parlamentinin yeganə azərbaycanlı deputatı Roman Naudinş qanunverici orqanın komitələrindən birinin rəhbəri seçilib.
2014-cü il noyabrın sonuna qədər bu ölkənin regional inkişaf və ətraf mühit naziri işləmiş R. Naudinş açıqlamasında bildirib ki, ötən il oktyabrın 4-də keçirilən parlament seçkilərində iştirak edib və qalib gəlib. O qeyd edib ki, nazir vəzifəsində qalmağı özü istəməyib: “Mən noyabrın sonunda hökumətin yenidən təşkilində iştirak etmədim və fəaliyyətimi ancaq parlamentdə davam etdirməyi qərara aldım. Bu yaxınlarda səs çoxluğu ilə parlamentin İqtisadiyyat, kənd təsərrüfatı, ətraf mühit və regional siyasət komitəsinin sədri seçildim”.
Qeyd edək ki, R. Naudinş 1982-ci ildə Latviyanın Valmiera şəhərində anadan olub. Polis Akademiyasını bitirib və bir müddət istintaq orqanlarında yüksək vəzifələrdə çalışıb. Daha sonra vəzifəsindən istefa verərək bir müddət ailə biznesinin inkişafı ilə məşğul olub. 2009-cu ildə Latviya Milli Birlik Partiyasından Valmiera Vilayət Dumasının deputatı, 2011-ci ildə isə parlamentin üzvü seçilib. 2014-cü ilin mayında regional inkişaf və ətraf mühit nazirinin istefasından sonra bu sahənin inkişafı üçün nazir vəzifəsinə Roman Naudinş təyin olunub.
R. Naudinşin babası İdris İbrahimov Azərbaycanın Siyəzən rayonundandır və 1956-cı ildə Latviyaya köçüb.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info