Ötən il Biləsuvarda 1445 yeni iş yeri açılıb
Tarix: 17.02.2015 | Saat: 20:17:00 | E-mail | Çapa göndər


Rayonda sahibkarlığın inkişafına kömək məqsədilə il ərzində 113 sahibkarlıq subyektinə 1.4 milyon manat kredit verilib

17 fevral 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzində Biləsuvar Rayon İcra hakimiyyəti başçısının 2014-cü ilin yekunlarına dair hesabat iclası keçirildi. İclasda Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, rayon ağsaqqqalları, gənclər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib. Hesabat iştirakçıları əvvəlcə ulu öndərin abidəsini ziyarət ediblər. Sonra rayonun sosial-iqtisadi, mədəni və aqrar sahədəki inkişafını əks etdirən sərgiyə baxış keçirildi, aparılan abadlıq və quruculuq işlərindən bəhs edən film nümayiş olunub. Yığıncaqda geniş məruzə ilə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev ötən 2014-cü ildə rayonda aparılan geniş sosial-iqtisadi inkişafdan danışmış, görülən abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verib. M.Quliyev bildirib ki, Prezidentin apardığı məqsədyönlü və uğurlu sosial-iqtisadi siyasətin nəticəsidir ki, 2014-cü ildə də ölkəmizin təhlükəsizliyi təmin edilib, iqtisadi və sosial proqramlar icra olunub, qeyri-neft sektorumuz 7 faiz, əhalinin pul gəlirləri isə 4,8 faiz artıb. Nazirlər Kabinetinin iclasında bu barədə danışan Prezident deyib: “Keçən il Azərbaycanda “Sənaye ili” elan edilmişdir və 230-dan çox sənaye müəssisəsi yaradılmışdır. 123 min yeni iş yeri açılmışdır ki, onlardan təxminən 100 mini daimi iş yeridir.Odur ki, yeni iş yerlərinin yaradılması daimi proses olmalıdır. Bu il də bu istiqamətdə əlavə tədbirlər görüləcəkdir.İlin əvvəlindən ölkə iqtisadiyyatına 27 milyard dollar sərmayə qoyulmuşdur ki, bunun da 16 milyardını daxili sərmayə təşkil edir”. Respublikamızın hər bir bölgəsində olduğu kimi Biləsuvar rayonunda da sosial-iqtisadi inkişaf sahəsində aparılan işlər 2014-cü ildə də uğurla davam etdirilib. Belə ki, ötən il ümumi məhsul buraxılışının həcmi 198.7 milyon manat olub. Ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatının payı 97.3 milyon, ticarətdə 51.4 milyon, tikintidə 31.1 milyon, sənayedə 15.8 milyon, nəqliyyatda 2.7 milyon manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə çoxdur. 2014-cü il ərzində əsas kapitala yönələn investisiyalar 32.1 milyon manat, pərakəndə əmtəə dövriyyəsi isə 151.8 milyon manat təşkil edib. Adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 2041 manat, orta aylıq əməkhaqqı isə 281 manat olub. Hesabat dövründə rayon üzrə əhalinin gəlirləri 270 milyon manat, adambaşına düşən gəlirlərin həcmi isə 2670 manat olub. Əhalinin sosial rifah halının yaxşılaşması və pul gəlirlərinin artmasının nəticəsidir ki, 2014-cü ildə 154 fərdi ev tikilib. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramının icrasına uyğun olaraq ötən il rayonda tikinti, abadlıq və quruculuq sahəsində xeyli işlər görülüb, bir sıra mühüm obyektlər qısa müddətdə və yüksək keyfiyyətlə inşa edilib. Hesabat dövründə 640 şağird yerlik Xırmandalı kənd 2 saylı , 450 şağird yerlik Aşağı Cürəli kənd, 220 şağird yerlik Amankənd kənd tam orta məktəbləri üçün yeni binalar tikilib, 1176 şagird yerlik Ağalıkənd kənd tam orta məktəbinin binası isə əsaslı təmir olunaraq istifadəyə verilib. Bütün məktəblər yeni inventarlarla və avadanlıqlarla təchiz olunub. Şəhərin C.Cabbarlı küçəsində 100 yerlik, M.A.İbrahimov küçəsində 200 yerlik uşaq bağçalarının tikintiləri başa çatdırılıb. Heydər Əliyev küçəsində 2013-cü ildə ğörülmüş işlərin davamı olaraq yolun genişləndirilməsi, yolkənarı hasarların tikintisi, kommersiya obyektlərinin müasir üslubda aqlay daşları ilə üzlənməsi, yolkənarı bordyurların düzülməsi, piyada səkilərinə üzlük plitələrin döşənməsi və müasir üslublu işıqlandırma sisteminin quraşdırılması işləri başa çatdırılıb. Həmin ərazidə 1,2 km uzunluğunda küçədə 15 100 kvm sahədə yeni asfalt-beton örtük salınıb. Şəhərin içməli su təchizatının yenidən qurulması işləri başa çatdırılıb, kanalizasiya sisteminin tikintisi işləri davam etdirilir. Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsinin inzibati binasının, Səmədabad kəndində Heydər Əliyev parkının, Kənd Təsərrüfatı Nazirliyinin Biləsuvar rayon şöbəsinin inzibati binasının tikintiləri və rayon Mərkəzi Xəstəxanasının əsaslı təmir işləri davam etdirilir. Prezidentin sərəncamı ilə 13 min nəfər əhalinin yaşadığı, 6 yaşayış məntəqəsini birləşdirən 16 km uzunluğunda Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil yolunun tikintisi başa çatdırılıb. Digər sərəncamla 10 min nəfər əhalinin yaşadığı, 3 yaşayış məntəqəsini birləşdirən uzunluğu 6 km olan Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun torpaq yatağı, yol əsası, süni suötürücü qurğuların tikintisi başa çatdırılıb, uzunluğu 81,0 metr, eni 15metr, 3 aşırımlı körpünün tikintisində son tamamlama işləri aparılır. Ələt-Astara mağistral avtomobil yolunda yol təmir işləri aparılıb, körpülər və yol zolaqlarında rəngləmə işləri aparılıb. Ölkəmizdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin inkişafına olan dövlət dəstəyi 2014-cü ildə də uğurla həyat keçirilib. Rayonda sahibkarlığın inkişafına kömək məqsədilə il ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 113 sahibkarlıq subyektinə 1.4 milyon manat kredit verilib. 18 sentyabr 2014-cü il tarixdə rayonda Sahibkarlığa Kömək Milli Fondu ilə birgə “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri” nə dair işgüzar forum keçirilib. Görülmüş işlər nəticəsində 2014-cü ildə rayonda 1445 yeni iş yeri açılıb. Rayonda Dövlət Proqramından irəli gələn tədbirlərin yerinə yetirilməsi sayəsində aqrar bölmədə ümumi məhsul istehsalının həcmi artıb, məhsuldarlıq yüksəlmiş və kənd təsərrüfatında çalışan insanların həyat səviyyəsi xeyli yaxşılaşıb. Ölkə başçısının aqrar sahənin inkişafına, ərzaq təhlükəsizliyinin təmin edilməsinə göstərdiyi ciddi diqqətin nəticəsidir ki, məhz 2015-ci il respublikamızda “Kənd təsərrüfatı ili” elan edilib. Hesabat dövründə aqrar sahədə ümumi məhsul istehsalının həcmi 97.3 milyon manat təşkil edib ki, bu da 2013-cü ilin müvafiq dövrünə nisbətən 4 faiz çoxdur.2014-cü ildə əkin sahələrinin 18,6 min hektarında yazlıq, 25,7 min hektarında isə payızlıq bitkilər əkilib. Payızlıq bitkilərin 11 min hektarını buğda, 14,7 min hektarını arpa bitkisi təşkil etmişdir. Yazlıq bitkilərin isə 4416 hektarını pambıq, 2640 hektarını tərəvəz, 1132 hektarını günəbaxan və digər bitkilər təşkil edir. Ötən il əkin sahəsindən 28646 ton buğda, 34966 ton arpa məhsulu istehsal olunub. 2014-cü ildə rayonda heyvandarlığın inkişafı sahəsində də irəliləyişlər əldə olunub. Belə ki, iri buynuzlu mal-qaranın baş sayı 40,3 min başa, xırda buynuzlu mal-qaranın baş sayı 138 min başa çatdırılıb. Biləsuvar rayonu heyvandarlıq məhsullarına olan tələbatını tam ödəyir. Bakı şəhəri əhalisini ucuz və keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin etmək məqsədi ilə təşkil olunan yarmarkalarda rayonun fermerləri də yaxından iştirak ediblər. 2014-cü ildə rayonda ictimai-siyasi sabitliyin təmin olunmasına, təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafına, gənclərlə aparılan ideya-siyasi tərbiyə işinin yaxşılaşdırılmasına diqqət artırılıb və bu sahələrdə maddi-texniki bazanın möhkəmləndirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilib. Ölkə Prezidentinin təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsinə, təhsil ocaqlarının müasir tələblər səviyyəsində qurulmasına göstərdiyi yüksək qayğı və diqqətin nəticəsidir ki, son illər rayonumuzda 13 yeni məktəb binası tikilib, 6 məktəb yüksək səviyyədə əsaslı təmir olunub. Dövlət siyasətinin əsas istiqamətlərindən olan əhalinin sağlamlığının təmin olunması, onlara yüksək tibbi xidmət göstərilməsi istiqamətində görülən işlər Biləsuvar rayonundan da yan keçməyib. “Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Prezidentin sərəncamı ilə Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması və əsaslı təmiri işlərini aparılır. Bundan əlavə son illərdə rayonun 6 kəndində müasir tələblərə cavab verən yeni səhiyyə ocaqlarının tikilib istifadəyə verilib. Biləsuvar Rayon İcra Hakimiyyəti vətəndaşların müraciətlərinə baxılması işini Prezidentin 2012-ci il 6 iyun tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun qurub. Ötən il bu sahədə işin təkmilləşdirilməsi istiqamətində bir sıra ardıcıl tədbirlər həyata keçirilib. Yerlərdə keçirilən səyyar görüşlərdə qaldırılan məsələlərin icrası istiqamətində operativlik artırılmış, daxil olan ərizə və şikayətlərin vaxtında və qanunamüvafiq şəkildə icraları təmin edilib. Bundan əlavə rayon İcra hakimiyyətində quraşdırılmış və bütün kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərini əhatə edən operativ idarəetmə mərkəzləri vasitəsilə yerlərə operativ nəzarət gücləndirilib. Görülmüş işlər nəticəsində daxil olan ərizə və şikayətlər əvvəlki illərlə müqayisədə azalıb. Prezidentin ümumbəşəri dəyərlərə əsaslanan özünəməxsus inkişaf kursu ilə Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələrdən birinə çevirmək məqsədilə uğurlu siyasət aparır. 2015-ci ildə də məhz həmin uğurların davamı olaraq ölkəmizdə sosial-iqtisadi sahədə dinamik inkişaf davam etdiriləcək.
Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev məruzənin sonunda bildirib ki, biləsuvarlılar da Prezidentin tapşırıq və tövsiyyələrini rəhbər tutaraq 2015-ci ili layiqli nəticələrlə başa vurmaqdan ötrü daha böyük əzmlə çalışacaqlar. Məruzə ətrаfındа müzаkirələrdə Təhsli Şöbəsinin müdiri Balaqardaş Kazımov, Suvarma Sistemlər İdarəsinin rəisi Ədalət Babayev, Səhiyyə Şöbəsinin müdiri Şamil Cəfərov, Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov, Biləsuvar şəhər İcra nümayəndəsi Qabil Xammədov, rayon Aqroservis idarəsinin müdiri İman Mehrəliyev, “Biləsuvar Aqro” MMC-nin nümayəndəsi Vüqar Mirzəyev çıхış еdərək, 2014-cü ildə görülmüş işlərdən dаnışıblаr, təklif və rəylərini söyləyiblər. Prеzidеnt Аdministrаsiyаsının məsul işçisi Habil Əzənmədov çıхış еdərək rеspublikаmızın bütün sаhələrində gеdən inkişаfdаn, "Rеgiоnlаrın sоsiаl-iqtisаdi inkişаfı Dövlət Prоqrаmı"ndаn irəli gələn vəzifələrin uğurlа həyаtа kеçməsindən ətrаflı dаnışdı, sоnrа Biləsuvarın rеspublikаnın digər bölgələrin kimi dаhа dinаmik inkişаf və tərəqqi еtdiyini diqqətə çаtdırıb, rayonda аpаrılаn tikinti, quruculuq və аbаdlıq işlərinə yüksək qiymət vеrib. Sonda iclas iştirаkçılаrı adından Prеzidеntə müraciət ünvаnlаnıb.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info