Ermənistan KİV-i: “Ermənistan hakimiyyəti öz cəmiyyətinə qarşı açıq terrora keçib”
Tarix: 17.02.2015 | Saat: 20:40:00 | E-mail | Çapa göndər


“Ermənistan hakimiyyəti öz cəmiyyətinə qarşı açıq terrora keçib”. Ermənistan mətbuatının yaydığı məlumata görə, bu barədə müxalif “Çiçəklənən Ermənistan” partiyasının bəyanatında deyilir. Bəyanatda qeyd olunur ki, partiyanın yerlərdəki təşkilatlarının rəhbərləri və fəalları polisə aparılır. Xüsusi təyinatlılar isə deputat Rüstəm Qasparyanın evinə basqın ediblər.
Həmçinin partiyanın Armavir təşkilatının rəhbərinin həbsi barədə məlumat yayılıb. Məsələ ilə bağlı fikirlərini açıqlayan Ermənistanın sabiq prezidenti Robert Köçəryan “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyana qarşı yönələn addımların heç bir məntiqə əsaslanmayan siyasi təqiblər kimi qiymətləndiriləcəyini bildirib. Onun sözlərinə görə, hakimiyyət partiyaya qarşı təqibləri gücləndirdikcə, müxalifətin cəmiyyətdəki mövqeləri daha da möhkəmlənəcək.
“Bütün bunların prezidentin nəyinə lazım olduğunu anlamıram. Baş verənlər iqtisadiyyatda, Dağlıq Qarabağda təmas xəttində və “erməni soyqırımı”nın 100 illiyi ilə əlaqədar tədbirlərdə özünü göstərəcək”, - deyə o vurğulayıb.
Bununla belə R. Köçəryan qeyd edib ki, hakimiyyətin hələlik çıxış yolu qalır. Onun sözlərinə görə, iqtidar dayanmalıdır və “Çiçəklənən Ermənistan” partiyasının liderinə qarşı heç bir addım atmamalıdır. İqtidar partiyasının Siyasi Şurasında səslənən bəyanatların müxalifəti küçələrə çıxmağa məcbur etdiyini deyən sabiq prezident bildirib ki, həbslər və repressiyalar ölkəni dərin böhrana aparacaq.
Ermənistanın “Armenia Today” media qurumu yazır ki, bütün həbs edilənlər barəsində sabahdan hüquqi iş görmək üçün qrup yaradılacaq və media, Ermənistanda qeydiyyatda olan səfirliklər məlumatlandırılacaq: “Belə olduğu halda, rejimin açıq terrora keçdiyi və qorxu və zorakılıqlar yolu ilə ümumxalq hərəkatına təzyiq göstərməyə çalışdığı bir daha ortaya çıxır”.
Göründüyü kimi, Ermənistan mediası da cəmiyyəti kimi bu ölkənin oğru və kriminal rejiminin öz insanlarına da qənim kəsilməsindən zinhara gəlib. Bu isə bir daha Ermənistan adlanan ölkənin bir cinayətkar rejimin əlində əsir olduğunu, tamamilə buxovlandığını, zorakılıqlara, şiddətə, qorxuya və terrora məruz qaldığını ortaya qoyur. Amma Ermənistandakı bu cür qatı zorakılıqları, terroru nədənsə Qərb təşkilatları görmək istəmirlər. Həmişə olduğu kimi, bu dəfə də ikili standartlardan çıxış edirlər. Məsələn, “Freedom House” təşkilatı öz hesabatında Ermənistanı “qismən azad ölkə” kimi qələmə verib. Bu qədər zorakılıqlar,qətllər, həbslər tüğyan edən bir ölkəni “qismən azad ölkə” hesab etmək nə dərəcədə məntiqlidir? Axı Ermənistanın bir terror və zorakılıqlar çanağı olduğu, Ermənistan mediasının və insanlarının da bu barədə haray saldığı açıq-aşkar bəllidir?! Bəs, Qərb qurumları bunu niyə “görmürlər”? Buradan bir daha aydın olur ki, həmin Qərb qurumları işğalçı rejimin bütün cinayətlərinə rəğmən, onun başını sığallamaqla nəyə qulluq edirlər. Bununla isə bu gün dünyada baş verən terrorların,işğalların, kütləvi insan ölümlərinin niyə baş alıb getdiyi göz önünə gəlir...

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info