Soydaşımız Rus Pravoslav Kilsəsinin ordeninə layiq görülüb
Tarix: 17.02.2015 | Saat: 20:55:00 | E-mail | Çapa göndər


Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) Moskva vilayət bölməsinin sədri, Rusiyanın Əməkdar İnşaatçısı Əlizaman Rəhimov Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillin fərmanı ilə Rus Pravoslav Kilsəsinin III dərəcəli “Müqəddəs mömin Moskva knyazı Daniil” ordeninə layiq görülüb.
Ordeni Krutitsa və Kolomna mitropoliti Yuvenali mömin knyazlar Pyotr və Fevroninin şərəfinə Domodedovo şəhərində inşa edilən kilsəyə müqəddəs su çilənməsi mərasimi zamanı təqdim edib. Krutitsa və Kolomna mitropoliti Yuvenali yüksək ordeni təqdim edərək, məbədlərin tikintisində və bərpasında iştirak etdiyinə, Moskva vilayətinin Domodedovo şəhərinin inkişafına və abadlaşdırılmasına, habelə Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə töhfəsinə görə Ə.Rəhimova şəxsən öz adından, Moskvanın və bütün Rusiyanın patriarxı Kirill adından minnətdarlığını bildirib. “Günay” şirkətinin baş direktorunun müavini V.İ.Karamnov, kilsənin tikintisində yaxından iştirak edən digər şirkət nümayəndələri də kilsə mükafatlarına, Moskva Yeparxiya İdarəsinin fəxri fərmanlarına layiq görülüblər.
Domodedovo şəhər dairəsinin başçısı Leonid Kovalevski, Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Aqşin Əliyev, ÜAK-ın Moskva vilayəti üzrə regional bölməsinin icraçı direktoru Araz Mürsəliyev və başqaları mərasimdə çıxış edərək, Domodedovo sakinlərini yeni kilsənin açılışı münasibətilə təbrik ediblər. Bildirilib ki, kilsə yeni evlənənlərin xiyabanı yaxınlığında yerləşir. Ənənəyə görə, bəy və gəlinlər həyatlarının ən əlamətdar günü təbiətin qoynunda gözəl şəkillər çəkdirmək üçün xiyabana gəlirlər. İndi bu parkda gəzinti daha yüksək məna kəsb edəcək. Təzə evlənənlər xeyir-dua almaq üçün xiyabandan keçib kilsəyə gələcəklər.
Əlizaman Rəhimovun Domodedovo şəhərində başçılıq etdiyi “Günay” tikinti şirkəti artıq uzun illərdir köhnə tikililərin sökülməsi və burada yaşayan insanların yeni mənzillə təmin olunması ilə məşğuldur. “Günay” İKF MMC Moskva vilayətinin inşaat kompleksində fəaliyyətinin yekunlarına görə dəfələrlə aparıcı və etibarlı tikinti şirkətlərindən biri sayılıb. Maarifləndirmə və xeyriyyəçilik Ə.Rəhimovun fəaliyyətində xüsusi yer tutur. ÜAK-ın vilayət bölməsinin sədri və sahibkar kimi Əlizaman Rəhimov millətlərarası və konfessiyalararası sülhün və həmrəyliyin möhkəmlənməsinə böyük diqqət ayırır.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info