D.Savelyev: “Azərbaycan Cənubi Qafqaz regionunda yeganə ölkədir ki, yetərincə potensialı var”
Tarix: 17.02.2015 | Saat: 21:23:00 | E-mail | Çapa göndər


Rusiyanın “Rosbalt” saytında “Ekspertlər: Rusiya və Azərbaycan iqtisadi əməkdaşlığı gücləndirir” sərlövhəli material yerləşdirilib. Materialda Azərbaycan iqtisadiyyatının inkişafından, Azərbaycan və Rusiya iqtisadiyyatlarının inteqrasiyasından, müasir layihələrdə ölkələrimizin iştirakından söz açılır.
Beynəlxalq ekspertlər bildirirlər ki, Rusiya və Azərbaycan iqtisadiyyatlarının inteqrasiyası hər bir müştərək layihə ilə dərinləşir. Onların fikrincə, Azərbaycan Prezidenti İlham Əliyevin yaxın günlərdə təsdiq etdiyi sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı da buna kömək edir.
Proqramın həyata keçirilməsi nəticəsində iqtisadiyyatın qeyri-neft sektorunu ölkənin sənaye inkişafının əsas mənbəyinə çevirmək planlaşdırılır. Təkcə 2014-cü ildə respublikada 230-dan çox yeni istehsalat müəssisəsi açılıb, iqtisadiyyatın qeyri-neft sahələrində 6,9 faiz artım müşahidə olunub.
Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev deyir: “Bu gün Azərbaycan Cənubi Qafqaz regionunda az qala yeganə ölkədir ki, onun yeni sənayeləşdirməyə doğru texnoloji sıçrayış etməsi üçün yetərincə potensialı və innovasiya istehsalatları yaratmaq üçün resursları vardır”.
Ekspertlər bildirirlər ki, xammal xarakterli iqtisadiyyatdan uzaqlaşmaq hər iki ölkə üçün əhəmiyyətlidir. Bu, onlara dünyada neftin qiymətlərinin konyunkturasından asılılığı azaltmağa və öz iqtisadi təhlükəsizliyini möhkəmləndirməyə imkan verəcək. Bu halda dövlətlərarası sənaye əməkdaşlığının fəallaşması birinci dərəcəli əhəmiyyət kəsb edir. Hazırda Azərbaycan ərazisində 500-dən çox Rusiya şirkəti fəaliyyət göstərir ki, onların da 170-dən çoxu yüz faiz Rusiya kapitalı, daha 237-si müştərək müəssisə formatında fəaliyyət göstərir.
Energetika sahəsində əməkdaşlıq Moskva ilə Bakı arasında ikitərəfli münasibətlərin ənənəvi lokomotividır. “Qazprom” və LUKOYL şirkətləri fəal surətdə Azərbaycanın “qara qızıl” yataqlarının işlənməsi ilə məşğuldur. Neft-qaz sektoru obyektlərinin tikintisi və yenidən qurulması üçün 2004-cü ildən Azərbaycanda “Azneftqaztikinti” müştərək müəssisəsi fəaliyyət göstərir. “Rosneft” və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) 2014-cü ilin mayında neft-qaz kəşfiyyatı və hasilatı üzrə müştərək müəssisənin yaradılması haqqında saziş imzalayıblar.
Ekspertlər iqtisadiyyatın digər sahələrində birgə uğurlara da diqqət yetirirlər. Məsələn, “AzRosPromİnvest” Rusiya-Azərbaycan müştərək müəssisəsi tərəfindən 2007-ci ildə Azərbaycanda bentonit emalı üzrə zavod işə salınıb. “XəzərLada” müştərək müəssisəsi “LADA” avtomobillərinin satışı və Azərbaycanın müxtəlif şəhərlərində yerləşən 40-dan yuxarı texniki xidmət stansiyasında onlara texniki xidmət göstərmək ilə məşğuldur.
Azərbaycan sərmayədarları da Rusiya ərazisində istehsalat müəssisələrinə vəsait yatırırlar. Məsələn, “Azərsun Holding” şirkəti Krasnodar diyarında 17 milyon dollarlıq çayçəkici fabrik inşa edib, hazırda konserv zavodunun tikintisini maliyyələşdirir. Ekspertlər hesab edirlər ki, bütün keçmiş SSRİ respublikalarının daxili bazarlarında beynəlxalq korporasiyalar ilə çox sərt rəqabətin getdiyi bir şəraitdə dövlətlərarası iqtisadi əlaqələrin inkişafı Rusiya və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info