Yaponiyanın tanınmış “KR.Y” şirkəti Azərbaycan haqqında animasiya filmi çəkmək niyyətindədir
Tarix: 17.02.2015 | Saat: 21:36:00 | E-mail | Çapa göndər


Yaponiyanın animasiya filmləri sahəsində tanınmış “KR.Y” şirkəti Azərbaycan haqqında anime çəkməyi planlaşdırır.
Layihə barədə şirkətin rəhbərləri bildiriblər ki, məqsəd sürətli və modern inkişafı ilə bütün dünyanın diqqətini özünə cəlb etmiş Azərbaycanın müsbət imicini daha yaxından tanıtmaqdır.
Şirkətin icraçı direktoru Şizuno Ritsumey qeyd edib ki, son illər görünməmiş dinamik inkişafı ilə regionun lider dövlətinə çevrilən Azərbaycan haqqında ilk məlumatı “TV Tokyo” televiziya kanalının “Zipanqu” proqramından alıblar. Proqramın bu modern ölkə haqqında yaratdığı təəssüratlar, burada Yaponiya ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin inkişafı üçün əlverişli şəraitin olması barədə məlumatların səslənməsi bizim marağımızı daha da artırdı. Bu əsrarəngiz ölkəni daha yaxından tanımaq, Azərbaycan ilə əməkdaşlıq imkanlarının araşdırılması üçün ötən ilin dekabrında Bakıda təşkil edilən “BakuTel” sərgisində iştirak etməyi qərara aldıq. Səmimi deyim ki, Bakı ilə əyani tanışlıq, buradakı müasir inkişafın tarixiliklə yaratdığı kontrast bizdə bu gözəl ölkə haqqında animasiya filmi yaratmaq ideyasını doğurdu. Bir məsələni də qeyd edim ki, “BakuTel” sərgisi öz əhatə dairəsi, burada iştirak edən ziyarətçilərin tərkibi ilə bizi təəccübləndirdi. Yaponiyada keçirilən belə sərgilərdə adətən işgüzar dairələrin nümayəndələri iştirak edirlər. Bakıda təşkil edilmiş sərgidə isə biz ilk dəfə həm ictimaiyyətin nümayəndələrinin, həm də geniş xalq kütləsinin, xüsusən gənclərin iştirakının şahidi olduq. Sərginin bədii proqramı isə bizdə Azərbaycanın zəngin və qədim mədəniyyəti haqqında xoş təəssüratlar yaratdı. Biz qərara gəldik ki, belə bir gözəl ölkə haqqında çəkiləcək animasiya filmi çox böyük uğur qazana bilər.
Azərbaycan haqqında təəssüratlarını bölüşən şirkətin layihələr şöbəsinin müdiri xanım Hisako Suqisaki isə bildirib ki, Bakıda insanların mehribanlığı, qonağa göstərdikləri xüsusi diqqət onda xoş hisslər doğurub. Bununla yanaşı, ADA Universiteti ilə tanışlıq bizdə Azərbaycanın çox müasir təhsil sisteminə malik olması fikrini yaratdı. Eyni zamanda, burada təqdim edilən mədəni proqram, Azərbaycan milli alətlərində tələbələrin ifaları bizə xoş təsir bağışladı. Burada təhsil alan yapon tələbə də ölkənizi çox sevdiyini bildirdi.
“KR.Y” şirkəti haqqında məlumat verən Şizuno Ritsumey bildirib ki, cəmi dörd il bundan əvvəl yaransa da onun təşkilatçıları əvvəllər digər anime şirkətlərində çalışaraq böyük təcrübə toplayıblar. Gənc olmasına baxmayaraq, şirkət tərəfindən yaradılan filmlər, animasiya nümunələri onu artıq yalnız Yaponiyada deyil, ətraf ölkələrdə də yaxşı tanıdıb. Bizim “Metante” animasiya filmimiz animesevərlər arasında böyük populyarlığa malikdir. Şanxay Dünya Ticarət Sərgisi haqqında çəkdiyimiz anime isə bizi ətraf ölkələrdə də yaxından tanıdıb. Dünya bazarlarında qazandığımız uğur bizdə Azərbaycanda da müvəffəqiyyətlə işləmək inamı yaradır. Düşünürük ki, hərtərəfli inkişafı, beynəlxalq humanitar, iqtisadi, mədəni və idman tədbirlərinin keçirildiyi mərkəzə çevrilən ölkəniz yaradıcılıq üçün geniş imkanlar açır. Digər tərəfdən, bu fəaliyyət Yaponiya-Azərbaycan münasibətlərinə yeni nəfəs gətirə bilər. Cari ildə Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları, gələn il təşkil olunacaq “Formula-1” yarışları haqqında animelər ölkənizin bütün dünyada təbliğinə böyük töhfələr verər. Biz Azərbaycan xarakterini animasiya vasitəsilə bütün dünyaya tanıtmağı düşünürük. Artıq kosmos dövlətinə çevrilmiş Azərbaycan bu süni peyki vasitəsilə öz xarakteri haqqında animasiyanı dünyaya yaya bilər. Həmin filmlər Azərbaycanın turizm potensialı, burada fəaliyyət göstərən şirkətlərin tanıdılması baxımından da mühüm rol oynayar. Düşünürük ki, bu məqsədlə yaradılacaq Azərbaycan-Yaponiya birgə animasiya şirkəti həmin istiqamətdə işin başlanğıcı ola bilər. Məhz həmin şirkət bu layihələrin gerçəkləşdirilməsi ilə məşğul olacaq. Beynəlxalq təcrübə göstərir ki, bu, gələcəkdə istənilən sahədə böyük uğurların qazanılmasına mühüm təsir göstərər. Bundan əlavə biz animasiyanın inkişafı ilə bağlı seminarların təşkilini də həyata keçirə bilərik.
Animasiya filmlərinin cəmiyyətə təsiri barədə məlumat verən icraçı direktor bu sahədə Yaponiya təcrübəsinin ortada olduğunu deyib. Bildirib ki, ilk anime qəhrəmanlarının yaradılmasından artıq 50 il keçməsinə baxmayaraq, onlar kütlə arasında populyarlıqlarını itirməyiblər. Onların yaradıcıları isə hələ də bu işdən mənfəət qazanırlar.
Azərbaycanın yaradılacaq xarakteri barədə fikirlərini bölüşən “KR.Y” şirkətini rejissoru Şizuno Kobun vurğulayıb ki, hazırda ölkəmizin dünyanın diqqət mərkəzində olması bir faktdır. Bunun əsasında sürətli iqtisadi inkişaf və ölkə rəhbərliyinin modernləşdirmə xətti dayanır. Biz istərdik ki, Azərbaycanın bu uğurlarını bütün dünya görsün və tanısın. Müasir dövrdə bütün yaş kateqoriyaları arasında öz populyarlığı ilə seçilən animasiya filmləri bu işdə çox böyük rol oynaya bilər. İlk animasiya filmləri Yaponiyada yaransa da, bu gün artıq bütün dünya bu xarakterləri sevə-sevə izləyir. Düşünürəm ki, Azərbaycanın yaradılacaq xarakteri bizim azərbaycanlı tərəfdaşlarımızla aparacağımız müzakirələr zamanı meydana çıxacaq. Bununla bağlı Azərbaycanda çox geniş mövzular - həm gözəl təbiət, həm zəngin və qədim mədəniyyət, maraqlı tarixi keçmiş, sürətli və müasir inkişaf var. Məsələ ilə bağlı qarşı tərəfin fikirlərini dinləməyə hazırıq.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
19.11.2019
Musiqili Teatrın layihəsində bu dəfə Prezident təqaüdçüsü Atilla Məmmədov olacaq
19.11.2019
“CinemaPlus”da fiziki məhdudiyyətli insanlar üçün film izləməyə imkan yaradılıb
19.11.2019
Azərbaycanda Özbəkistan Kino Həftəsi keçirilir
19.11.2019
Sevda Məmmədəliyeva Dövlət Ermitajının direktoru Mixail Piotrovski ilə görüşüb
18.11.2019
“İki xalqın oğlu Maqsud Şeyxzadə” kitabı çapdan çıxıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info