Gimnastlardan 8 qızıl, 1 gümüş və 1 bürünc medal
Tarix: 17.02.2015 | Saat: 21:50:00 | E-mail | Çapa göndər


Macarıstanda bədii gimnastika üzrə keçirilən “Gracia Cup” beynəlxalq turnirinə yekun vurulub. Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, Azərbaycan gimnastları ilin ilk yarışında 8 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. Belə ki, Ayşən Bayramovanın hesabında 2 qızıl medal (top və lent), həmçinin Gülsüm Şəfizadənin hesabında 2 qızıl medal (halqa və gürzlər) olmaqla, çoxnövçülükdə onlar müvafiq olaraq gümüş və bürünc mükafatlara sahib olublar. Böyüklərdən ibarət qrup hərəkətləri komandasının ikinci heyəti hər iki finalda və çoxnövçülükdə 3 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Maykl Ceksonun hərarətli kompozisiyası altında 5 topla çıxış edən yeniyetmələrdən ibarət komandamız isə zala toplaşanları valeh edib. Onlar finalda çıxışlarına görə də öz hesablarına qızıl medal yazdırıblar.
Qeyd edək ki, qarşıda gimnastlarımızı Moskvada keçiriləcək “Qran-pri”, o cümlədən Estoniyada təşkil olunacaq “Miss Valentine” adlı yarış gözləyir.




 
Bölməyə aid digər xəbərlər
11.11.2019
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
10.11.2019
Bakı bütünlüklə Azərbaycan bayrağıyla bəzənib
25.10.2019
Prezident Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycanın prioritetlərini açıqlayıb
14.10.2019
Prezident Türk Şurasının fəxri sədri Nursultan Nazarbayevlə görüşüb
11.10.2019
Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info