“Sumqayıt”da qalmaqal
Tarix: 17.02.2015 | Saat: 21:53:00 | E-mail | Çapa göndər


“Sumqayıt" klubunun yarımmüdafiəçisi Təvəkkül Məmmədov 2015-ci il fevralın 13-də heç bir əsas olmadan komandanın düşərgəsini tərk edərək, ailəsinin yaşadığı Rusiyaya yola düşüb. Klubun rəsmi saytının məlumatına görə, adıçəkilən futbolçu bu barədə nəinki klubun rəhbərliyinə, heç məşqçi heyətinə belə, məlumat verməyib. Bu hadisədən dərhal sonra futbolçu ilə əlaqə yaradılıb və ona komandanın düşərgəsinə təcili qayıtmaq göstərişi verilib. Xəbərdarlığa baxmayaraq, Təvəkkül Məmmədov hələ də komandanın sıralarına qoşulmayıb.
Bununla bağlı bəyanat yayan “Sumqayıt” rəhbərliyi bu cür halları pislədiyini bildirib. Futbolçu və onu təmsil edən tərəflər bu məsələni "Sumqayıt"la tezliklə həll etməyəcəyi təqdirdə, klub aidiyyəti qurumlara müraciət edərək, futbolçunun ciddi şəkildə cəzalanmasını tələb edəcək.
Təvəkkül Məmmədovun ötən ilin yayında "Sumqayıt"la imzalanmış müqaviləsi 2016-cı ilin yayına qədər qüvvədədir. Sazişin qüvvədə olduğu müddət ərzində, adıçəkilən futbolçu FİFA-nın bayrağı altında keçirilən heç bir yarışda iştirak edə bilməz.
Qeyd olunduğu kimi, klubla futbolçu arasında tez bir zamanda razılıq əldə olunmasa, "Sumqayıt" klubu yaranmış hadisə ilə əlaqədar olaraq, müvafiq strukturlara (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Peşəkar Futbol Liqası, Rusiya Futbol İttifaqı və FİFA) şikayət vermə hüququna malikdir.




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Formula 1-in iyunda keçirilməsi ilə bağlı danışıqlar aparılır
25.04.2019
Futbol üzrə Türkiyə Kubokunun ilk finalçısı məlum olub
24.04.2019
EPL tarixinin ən erkən qolu vuruldu
24.04.2019
Suares Barcelona tarixinin 3-cü bombardiridir
24.04.2019
Bakı trası haqqında yürüş mühəndisinin fikirləri

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
3 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
4 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info