AFFA Nazim Süleymanovun yubileyini təbrik etdi
Tarix: 17.02.2015 | Saat: 21:56:00 | E-mail | Çapa göndər


Dünən Azərbaycan futbolunun canlı əfsanəsi Nazim Süleymanovun 50 yaşı tamam olub. N.Süleymanov 1965-ci ilin fevralın 17-də Sumqayıt şəhərində anadan olub. 8-9 yaşlarından futbola başlayan Nazim 17 yaşında "Sintetik Kauçuk Zavodu"nun komandasında debüt edir. İstedadlı futbolçu mütəxəssislərin diqqətini cəlb edir və SSRİ çempionatının ikinci liqasının 9-cu zonasında yarışan “Avtomobilçi” (Mingəçevir) klubunun heyətinə cəlb olunur. İnamlı oyunu ilə seçilən Nazim Azərbaycanın birinci komandası “Neftçi” klubuna dəvət alır. Bakı təmsilçisinin heyətində minlərlə futbolsevərin rəğbətini qazanan Nazim Süleymanovun adı indi də sevilərək səslənir. Nazim Süleymanovun karyerasının ən uğurlu illəri Rusiya çempionatında çıxışı ilə bağlıdır. 1996-cı ildə “Alaniya” klubu ilə Rusiya çempionu titulunu qazanan Nazim Süleymanov eyni zamanda Rusiya çempionatının ən sərrast futbolçusu kimi tarixə düşür. Futbolçu Soçinin “Jemçujina” klubunda da oynayıb. Oyunçu karyerasının bitirən Nazim Süleymanov məşqçilik fəaliyyətinə start verir. Rusiya çempionatında yarışan “Jemçujina”nın əvəzedici heyətinin məşqçisi təyin olunan Nazim Süleymanovun komandası "Cənub" çempionatında 9-cu yeri tutub. Növbəti il Vətənə dönən Süleymanov yenicə yaranmış “Xəzər-Lənkəran” klubuna baş məşqçi təyin olunur. Mütəxəssis müvəqqəti olaraq Azərbaycan milli komandasına da baş məşqçi təyin olunub. Nazim Süleymanovun daha sonra çalışdığı məkan “Bakı” futbol klubudur. O, həmin klubun gənclər komandasını çalışdırıb. Süleymanov AZAL və “Neftçi”nin də baş məşqçisi olub, bir müddət Azərbaycan millisində baş məşqçinin köməkçisi vəzifəsində çalışıb. Yubileylə əlaqədar AFFA-nın baş katibi Elxan Məmmədov Nazim Süleymanovla görüşüb, assosiasiyanın prezidenti Rövnəq Abdullayevin və ölkəmizin futbol ictimaiyyətinin adından onu təbrik edib. Baş katib üzərində Nazim Süleymanovun adı yazılmış Azərbaycan milli komandasının 50 nömrəli futbolkasını yubilyara təqdim edib.




 
Bölməyə aid digər xəbərlər
22.11.2019
İstefa verən Maradona baş məşqçi vəzifəsinə qaytarılıb
22.11.2019
“Real“ “Ayaks“ın qapıçısını istəyir
21.11.2019
“Son komandam “Barselona” olacaq”
21.11.2019
Ermənistan Futbol Federasiyasının prezidenti istefa verdi
21.11.2019
Sumqayıt şəhər stadionunun yenidən qurulmasına 5 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub
5 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info