“Ermənistan elektrik şəbəkəsi” iflas olduğunu elan etməyə hazırlaşır
Tarix: 17.02.2015 | Saat: 23:01:00 | E-mail | Çapa göndər


“Epress”: “Nairit” zavodunun işçiləri 18 aydır ala bilmədikləri maaşlarını tələb etmək üçün hökumət binasının qarşısında gündəlik aksiyalara start verib”

Rusiyada iqtisadi vəziyyətin dəyişməsi dərhal Ermənistanda fəsadlarını göstərməyə başladı. İndidən Rusiyadan gələn transfertlərin azalmasından şikayətlənməyə başlayan ermənilər vəziyyəti miqrantların qarşısında yaradılan məhdudiyyətlərdən sonra bir qədər də ağırlaşıb.
Ermənistan iqtisadiyyatı yardımlar, xüsusilə Rusiyadan olan yardımlar, kreditlər olmadan mövcud ola bilməz. Kritik anlarda Moskvadan kreditlər cəlb edən Ermənistan bunun müqabilində olan-qalan müəssisələrindən də vaz keçməklə mövcudluğunu davam etdirə bilirdi. İndi əsas investor dövlətin özündə çətinliklər yarandığından Ermənistan iqtisadiyyatına bu və ya digər şəkildə nə investisiya yatıran var, nə də kredit verən. Avropa institutlarının verdiyi kreditlərin məbləği o qədər də böyük olmadığından onlara ümid bağlamaq mümkün deyil. Həm də Avrasiya İqtisadi İttifaqına üzv olan Ermənistanın Avropa yolu da böyük ölçüdə bağlanıb. Diaspor təşkilatlarının yardımı və lobbi fəaliyyəti ilə nə vaxta qədər ayaqda qalmaq mümkün olacaq, o hələ bəlli deyil. Əlac qalır ölkə iqtisadiyyatının əsas sütunlarını təşkil edən müəssisələrin iflasını elan etməyə.

“Birinci İnformasiya”: “Ya çətin vəziyyətdə yaşayan əhali qrupu üçün elektrik enerjisinin qiyməti artırılmalı, ya da şirkətin iflas olduğunu elan etməklə yüzlərlə vətəndaş işsiz qalmalıdır”

“Birinci İnformasiya” xəbər verir ki, artıq “Ermənistan elektrik şəbəkəsi”nin iflas olduğunu elan etməklə bağlı məsələnin müzakirəsi başlayıb. Saytın əldə etdiyi informasiyaya görə artıq 4 aydır şəbəkənin əməkdaşları maaşlarını ala bilmirlər. Ciddi maliyyə çətinliyi ilə üzləşən elektrik şəbəkəsi çıxış yolunu iflasını elan etməkdə görür. Qeyd edilir ki, elektrik şəbəkəsi ölkənin ən böyük 6-cı vergiödəyicisidir. Ötən il şəbəkədən büdcəyə 12.5 milyon dram vergi ödənib ki, bu da 2013-cü illə müqayisədə bir neçə milyon dram çoxdur. Şirkətdə yüksək əməkhaqqını ancaq baş idarədə çalışanlar və filial rəhbərləri alıblar. Qalan əməkdaşların maaşları 80-100 min dram arasında dəyişir. Ötən ilin sonlarından etibarən şirkət işçilərinin kütləvi ixtisarı ilə bağlı məsələ müzakirə edilir. İndi isə ümumiyyətlə iflas məsələsi gündəmə gətirilib. Şirkətin mətbuat xidmətinin rəhbəri Natalya Sarcanyan KİV-ə açıqlamasında iflas məsələsini təkzib etsə də ciddi maliyyə sıxıntısı yaşadıqlarını etiraf edib. Saytın yazısında qeyd edilir ki, vəziyyətdən çıxmaq üçün əhaliyə satılan elektrik enerjisinin qiymətinin artırılması məsələsi də gündəmə gətirilib: “Amma bu sahədə də ciddi problemlər var. Korrupsiyalaşmış sistemin bir parçası olan “Ermənistan elektrik şəbəkəsi”ndə yoxlama aparan xüsusi komissiya müəyyən edib ki, istehlakçılardan toplanan vəsaitin bir hissəsi şirkətin hesabına daxil edilməyim. Buna görə ötən ay şəbəkə cərimələnib. İndi vəziyyət elədir ki, bütün halda qəbul ediləcək istənilən qərar vətəndaşların maraqlarına zərbə vuracaq. Ya onsuz da çətin vəziyyətdə yaşayan əhali qrupu üçün elektrik enerjisinin qiyməti artırılmalı, ya da şirkətin iflas olduğunu elan etməklə yüzlərlə vətəndaş işsiz qalmalıdır”. Ölkənin digər iri müəssisəsi olan “Nairit”də də vəziyyət ağır olaraq qalır. “Epress” xəbər verir ki, zavodun işçiləri yenidən etiraz aksiyalarına başlayıb. Zavod işçiləri 18 aydır ala bilmədikləri maaşlarını tələb edirlər. İşçilər hökumət binasının qarşısında gündəlik aksiya keçirmək qərarına gəlib.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
11.12.2019
Sabah bəzi avtobusların hərəkət trayektoriyası dəyişdiriləcək
11.12.2019
AFB Bank-dan FHN əməkdaşları üçün xüsusi kampaniya
10.12.2019
Prezident İlham Əliyev Keniya Prezidentini təbrik edib
10.12.2019
Azərbaycan Prezidentinin İordaniya Kralı ilə təkbətək görüşü olub
10.12.2019
Yanvarın 1-dən bütün pensiyalar 13-14 faiz artırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
3 Avropada işsizlər ordusu yaranır
4 Nazirlər Kabineti Yeni ildə iş və istirahət günlərinin yerinin dəyişdirilməsinə aydınlıq gətirib
5 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info