Bir ev həftə ərzində iki dəfə yandı
Tarix: 17.02.2015 | Saat: 23:23:00 | E-mail | Çapa göndər


Şəmkirdə bir mənzildə 7 gün ərzində iki dəfə yanğın hadisəsi baş verib. Kəpəz televiziyası (Region TV) xəbər verir ki, ilk yanğının fəsadları ciddi olmasa da, ikinci hadisə zamanı ev əşyaları ilə birlikdə yanaraq külə dönüb. İlk hadisədən sonra evə qaz və işıq verilişi dayandırıldığı halda yanğının hansı səbəbdən baş verdiyi naməlum olaraq qalır.
Şəmkir rayonunun Dəllər qəsəbəsində Sehran Quliyevaya məxsus fərdi yaşayış evində bir həftə ərzində iki yanğın qeydə alınıb. Fevralın 9-u axşam saatlarında sözügedən ünvanda baş verən yanğın zamanı evin zirzəmisində 3 kvadratmetr sahə və ev əşyaları yanıb. Həmin vaxt hadisə yerinə cəlb olunan yanğınsöndürmə briqadaları alovun qısa zamanda ətraf ərazilərə yayılmasının qarşısını ala bilib.
Sehran Quliyeva, zərərçəkən: "Bir həftə bundan öncə bir də gördük ki, zirzəmidən tüstü çıxır. Tez aşağı düşdük. Yanğınsöndürənlər çağırıldılar. Tez bir zamanda keçirdilər. Onda da yandı, amma bu qədər yox".
Bundan sonra aidiyyəti strukturlar tərəfindən mənzilə işıq və qaz verilişi dayandırılıb. Amma 7 gün sonra evdə yenidən yanğın hadisəsi qeydə alınıb. Bu dəfə alov o qədər güclü olub ki, qısa zamanda taxta konsturksiyalı əşyalar yararsız hala düşüb. Əraziyə çağırılan 3 yanğınsöndürmə briqadası yardımçı tikilini və zirzəmini alovdan mühafizə edə bilib.
Sehran Quliyeva: "Bir də dünən evdə oturmuşduq. Qonşu gəldi ki, sizin arxa otaq yanır. Keçdik arxaya, gördük, alov bürüyüb. Bütün evimiz, əşyalarımız yandı".
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğının baş vermə səbəblərini araşdırmaq üçün sözügedən ünvanda zəruri istintaq hərəkətlərinə başlayıblar.

Milli.Az




 
Bölməyə aid digər xəbərlər
19.11.2019
Qubada avtomobil dərəyə aşdı, bir yaşlı uşaq öldü
18.11.2019
Siyəzəndə yol qəzasında iki nəfər öldü, daha birinin vəziyyəti ağırdır
18.11.2019
Bakıda kişi sevgilisini öldürüb Gəncəyə qaçdı
17.11.2019
Nigeriyada sel 40 min adamı ev-eşiyindən etdi
17.11.2019
Bakıda ağır qəza olub, 2 nəfər ölüb, 2 nəfər ağır yaralanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10945

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
5 “Siqaretdən, alkoqollu və enerjili içkilərdən uzaq durun, təbiətdə çox olun, çox gəzin”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info