Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilə bilər
Tarix: 17.02.2015 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


Qazaxıstan Xalq Assambleyası Şurası 2015-ci ildə Qazaxıstan Pespublikası prezidentinin növbədənkənar seçkilərinin keçirilməsi təşəbbüsünü irəli sürüb. Qazaxıstan Xalq Assambleyası (QXA) növbədənkənar seçkilərin keçirilməsini təklif edib. QXA-nın məlumatında deyilir: “2016-cı ildə prezident və parlament seçkilərinin keçirilməsi müddəti eyni vaxta düşür. Konstitusiya normalarına qeyd-şərtsiz əməl etmək üçün onları müxtəlif vaxtlarda keçirmək məqsədəuyğundur”.
İclasın yekunlarına görə, Şura üzvləri Qazaxıstan prezidentinin növbədənkənar seçkilərinin keçirilməsi barədə təşəbbüslə çıxış etməsi üçün QXA-nın Qazaxıstan Parlamenti Məclisindəki deputat qrupuna müraciət qəbul ediblər. Ölkənin aparıcı siyasi qüvvəsi olan “Nur Otan” partiyası Qazaxıstan Xalq Assambleyasının respublika prezidentinin növbədənkənar seçkilərinin keçirilməsi ilə bağlı təşəbbüsünü tam dəstəkləyir.
Müraciətdə vurğulanır ki, hazırda dünyanı maliyyə-iqtisadi böhranın yeni dalğası bürüyüb. Ciddi geosiyasi gərginlik vəziyyəti ağırlaşdırır. Belə vəziyyətdə dünyanın hətta ən inkişaf etmiş ölkələrində ksenofobiya, dini dözümsüzlük artır, radikal hərəkatlar güclənir. “Nur Otan” Partiyası Qazaxıstanın bütün vətəndaşlarını, bütün siyasi partiyalarını və ictimai qüvvələrini növbədənklənar prezident seçkilərinin keçirilməsi təşəbbüsünü dəstəkləməyə çağırıb.




 
Bölməyə aid digər xəbərlər
03.12.2020
Bu gün saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
03.12.2020
Azərbaycan XİN: Ermənistan tərəfinin sərgilədiyi destruktiv mövqe bu ölkəni uçuruma sürükləyib
03.12.2020
Türk Şurası Azərbaycana başsağlığı verib
03.12.2020
Azərbaycan beynəlxalq səviyyədə daha bir ilkə imza atdı - Bəhruz Quliyev
03.12.2020
Prezident İlham Əliyev BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyada videoformatda çıxış edib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12129

1 Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən tövsiyə - VİDEO
2 Ev şəraitində öskürəyə qarşı tətbiq edilən ən effektiv vasitələr
3 Qarabağ yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq
4 İqor Korotçenko: “Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Bu məsələ birdəfəlik və həmişəlik bağlanıb”
5 “Anamın kitabı” pyesi əsasında çəkilən film tamaşaçıların görüşünə gələcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info