“Beynəlxalq Valyuta Fondu da Ukraynanı iflasdan xilas edə bilməyəcək”
Tarix: 17.02.2015 | Saat: 23:57:00 | E-mail | Çapa göndər


“Ukrayna hakimiyyəti dalana dirənib. Mərkəzi Bankın valyuta
ehtiyatları demək olar ki, tükənib-yanvar ayına olan məlumata görə
cəmi 6 milyard dollar qalıb. Bu vəsait sadəcə ölkənin bir
aylıq idxalını bağlamağa imkan verir. Əslində 3 aylıq idxalın
bağlanması vacibdir”


“Ukrayna milli valyutası olan qrivnanın ucuzlaşması, böyük dövlət borcu, ölkə ÜDM-ində 15-20 faiz paya sahib olan regionların itirilməsi bu ölkənin iqtisadiyyatı üçün yaxşı heç nə vəd etmir. Yeni atəşkəs razılaşmasına baxmayaraq, qrivnanın dəyədən düşməsi sürətlə davam edir. Bu isə o deməkdir ki, Beynəlxalq Valyuta Fondunun 17 milyard dollarlıq yardım paketi də Ukrayna iqtisadiyyatını iflasdan xilas etməyəcək”.
Bu fikirlər Fransanın “Le Figaro” nəşrində yer alan məqalədə qeyd edilib. Məqalədə qeyd edilir ki, son günlər qrivnanın dəyərdən düşməsi tarixi minimuma enib. Bir il ərzində milli valyuta dəyərini 66 faiz itirib ki, bunun da 40 faizi son ayların payına düşür. Maraqlısı odur ki, Beynəlxalq Valyuta Fondunun xahişi ilə Ukrayna Mərkəzi Bankı milli valyutanı dəstəkləmək kursundan imtina etdikdən sonra qrivnanın dəyərdən düşməsi daha da sürətlənib. Fransa sığorta şirkətinin iqtisadçısı Coface Jyulen Marsillini sözlərinə görə, hər dəfə Ukraynada valyutanın məzənnəsi aşağı düşdükcə, ölkədə iqtisadi vəziyyəti pisləşməkdə davam edir. Bu, mütləq fəlakətdir. O, qeyd edir ki, ölkədə milli valyutanın dəyərdən düşməsi, inflyasiyanı artırmaqla yanaşı, idxal olunan malların qiymətlərinin də artmasına səbəb olur. Bütün borclar xarici valyuta ilə olduğundan adi vətəndaşlar və müəssisələr inflyasiyaya görə ikiqat ödəniş etməyə məcbur olurlar. “Le Figaro” yazır: “Ukrayna hakimiyyəti dalana dirənib. Mərkəzi Bankın valyuta ehtiyatları demək olar ki, tükənib-yanvar ayına olan məlumata görə cəmi 6 milyard dollar qalıb. Bu vəsait sadəcə ölkənin bir aylıq idxalını bağlamağa imkan verir. Əslində 3 aylıq idxalın bağlanması vacibdir”. BVF-nin yardım vədinə baxmayaraq “Fitch” beynəlxalq reytinq agentliyi iflas ehtimalını nəzərə alaraq Ukraynanın reytinqini aşağı salıb. Hərbi və iqtisadi vəziyyət sabitləşməyincə Ukrayna iqtisadiyyatını pozitiv perspektiv gözləmir. Bu arada Ukrayna dövlət büdcəsində dəyişikliklər çərçivəsində qaz və enerji tariflərinin artırılacağı barədə xəbərlər dolaşmaqdadır. Bu barədə Ukraynanın “Vesti” nəşri məlumat yayıb. Qəzet onu da qeyd edib ki, büdcə dəyişiklikləri Ali Radanın fevralın 25-də keçiriləcək fövqəladə sessiyasında qəbul edilə bilər.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
17.11.2019
Belarusda parlament seçkilərində səsvermə başlayıb
17.11.2019
Ermənistanda 5 nəfər dəm qazından zəhərlənərək ölüb
16.11.2019
Tbilisidə müxalifətin etiraz aksiyası yenidən bərpa olunub
16.11.2019
Njdenin armavirli deputat tərəfindən qara rənglə boyanmış xatirə lövhəsi bərpa olunacaqmı?
16.11.2019
Gələn il Ermənistanda 699 adda məhsulun qiyməti artacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info