Dövlət- vətəndaş münasibətlərində növbəti mərhələ
Tarix: 18.02.2015 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


Fuad HÜSEYNZADƏ |

Demokratik dövlətin əsas prioriteti vətəndaş cəmiyyətinin qurulmasıdır. Bu, eyni zamanda demokratik idarəçilikdə vətəndaşların birləşməsi deməkdir. Demokratiyanın özülünü təşkil edən birgə fəaliyyət vətəndaş cəmiyyətinin inkişafına xidmət edir. İnsanları birləşdirən fəaliyyət sistemi isə əsasən vətəndaş cəmiyyəti institutlarıdır. Demokratik cəmiyyətin inkişafında vətəndaş cəmiyyəti institutları aparıcı rol oynayır. Hətta bunlar bir çox hallarda cəmiyyəti düzgün yola istiqamətləndirirlər. Bu işin ilk baxışda çətinliyi təmənnasız, könüllü fəaliyyət olmasıdır. Amma məsuliyyəti və özəlliyi ondan ibarətdir ki, sən cəmiyyətin işinə yaxşı mənada müdaxilə edirsən.
Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra milli maraqlara əsaslanan demokratik quruculuğa nail oldu. Vətəndaş cəmiyyəti quruculuğu prosesi də məhz bu dəyərlər üzərində bərqərar oldu və bu proses dinamik baş verdi. Əgər müstəqilliyin ilk illərində ölkədə vətəndaş cəmiyyətinin formalaşması prosesi gedirdisə, artıq bu gün vətəndaşların dövlətin işinə ictimai nəzarət həyata keçirməsi üçün imkanlar yaradılır. Məhz bunun üçün 2013-cü il 22 noyabrda Prezident İlham Əliyev tərəfindən “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiqlənib. Sənədə görə, vətəndaşlar ictimai şura, ictimai müzakirə, ictimai dinləmə, ictimai rəyin öyrənilməsi, hüquqi aktların layihələrinin ictimai müzakirəsi, yazılı məsləhətləşmə formalarında ictimai əhəmiyyətli istənilən qərarın qəbulunda iştirak edə biləcəklər. Mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının yanında yaradılan İctimai Şuranın məqsədi vətəndaşları dövlətin idarə olunmasında iştiraka cəlb etməkdir. Eyni zamanda İctimai şuralar dövlət orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyət təşkil, eləcə də onların fəaliyyətinə ictimai nəzarət edə biləcəklər. Qanun İctimai şuralara dövlət orqanlarının fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunmasına nəzarət etmək imkanı da verir. Qeyd edək ki, qanunun qəbulundan qabaq bir çox dövlət orqanlarının yanında öz təşəbbüsləri əsasında bu və ya digər ad altında məşvərətçi qurumlar fəaliyyət göstərirdi. Lakin “İctimai iştirakçılıq haqqında” qanunun qəbulundan sonra dövlət və yerli özünüidarəetmə orqanları yanında İctimai şuraların yaradılması məcburidir. Artıq əvvəllər əksər dövlət orqanlarının yanında yaradılan İctimai şuralar bu qanuna uyğunlaşdırılır. Bütün bunlar həyata keçirilməklə Azərbaycan demokratikləşmə prosesində, eləcə də dövlət- vətəndaş münasibətlərində növbəti mərhələyə qədəm qoyur. Çünki dövlət, idarəçilikdə vətəndaşları üçün nə qədər açıq olduğunu göstərir. Bu, həm də dövlətin vətəndaş cəmiyyəti institutları üçün verdiyi bir imkandır. Ona görə də İctimai şuralardan məsuliyyət və ciddi fəaliyyət tələb olunur. İctimai Şuranın sözü cəmiyyətin sözüdür. Çünki onlar məşvərətçi qurum olaraq ictimaiyyəti təmsil edirlər. İctimai şuralarda real işlərlə özlərini təsdiq etməlidir ki, cəmiyyət tərəfindən formal qurum kimi tanınmasınlar.




 
Müəllifin son yazıları

23.09.2019 Milli maraqlara əsaslanan siyasətin nəticələri
11.04.2019 Ermənistanda “media soyqırımı”
12.02.2019 İnternet media zamanın tələbidir
30.08.2018 Diasporumuzun inkişafına yeni təkan
31.03.2018 Antimilli qüvvələrə qarşı aktiv güc birliyi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info