Çin: “Ukraynada böhranın nizamlanmasında etnik maraqlar nəzərə alınmalıdır”
Tarix: 18.02.2015 | Saat: 15:18:00 | E-mail | Çapa göndər


Rəsmi Pekin hesab edir ki, Ukrayna böhranının siyasi həlli bütün etnik qrupların maraqlarını nəzərə almalıdır.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə ÇXR-in BMT-dəki daimi nümayəndəsi Lyu Tszei BMT TŞ-nin iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Çin Minskdə Rusiya, Fransa, Almaniya və Ukrayna liderlərinin Minskdə münaqişənin nizamlanmasına dair əldə olunan sazişi müsbət qəbul edir. “Dörd ölkə arasında Minskdə əldə olunan razılaşmalar Ukraynanın şərqində gərginliyin aradan qaldırılmasına və böhranın siyasi yolla həllinə imkan yaradır”, deyə diplomat bildirib.
“Çin hesab edir ki, Ukraynadakı problemin həlli zamanı siyasi məcrada qalmaq gərəkdir. Böhranın öz reallığı, öz tarixi var və münaqişənin həlli Ukraynada yaşayan bütün etnik qrupların maraqlarını və narahatlıqlarını əks etdirməlidir”, deyə Lyu Tszei bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.07.2019
Ağ Ev: Ankaranın S-400 sistemlərini almaq qərarı onun F-35 proqramında iştirakını mümkünsüz edir
17.07.2019
BMT Yəməndə döyüşən tərəfləri mülki vətəndaşları qorumağa çağırdı
17.07.2019
Türkiyə HHQ İraqın şimalında 7 terrorçunu zərərsizləşdirib
17.07.2019
Türkiyə Prezidenti “Twitter” səhifəsində Ərbildəki mənfur hücumu pisləyib
17.07.2019
İranda tayfalar bir-birini qırdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info