“Delfi” portalında Mehriban Əliyeva haqqında məqalə dərc edilib
Tarix: 18.02.2015 | Saat: 15:21:00 | E-mail | Çapa göndər


Baltikyanı ölkələrdə ən populyar “Delfi” informasiya portalında Azərbaycan Respublikasının birinci xanımı, “Bakı-2015” birinci Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva haqqında məqalə dərc edilib. Məlumata görə, çoxsaylı fotomateriallarla illüstrasiya edilmiş məqalədə Mehriban xanımın həyat yolundan bəhs edilir.
Bu yazı “Delfi” informasiya xəbər portalı ilə Azərbaycanın Tallindəki səfirliyinin əməkdaşlığı sayəsində, habelə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının bu il iyunun 12-28-də Bakıda keçiriləcək birinci Avropa Oyunlarının populyarlaşdırılmasına yönəlmiş layihəsinin həyata keçirilməsi çərçivəsində çap edilmiş silsilə məqalələrdən biridir.
Ümumiyyətlə, qarşıdakı Avropa Oyunları və Azərbaycan haqqında müxtəlif mövzularda 20-dən çox məqalə dərc edilməsi planlaşdırılır. Hələlik yalnız eston dilində çap olunan bu məqalələrin sonradan “Delfi” səhifələrində rus dilində də nəşri nəzərdə tutulur.
Estoniyalı oxucular Avropa Oyunlarının keçirilməsi ideyasının tarixi, Oyunlara hazırlığın gedişi və təşkilati işin yüksək səviyyədə olması barədə məlumat alıblar. Estoniya ictimaiyyəti Azərbaycan haqqında – onun keçmişi və bu günü, zəngin mədəniyyəti, adət və ənənələri, o cümlədən keçən əsrin əvvəlində Estoniya ilə Azərbaycan arasında münasibətlərin tarixi barədə maraqlı faktlarla tanış olub.
Müasir Azərbaycan, onun sürətli iqtisadi inkişaf fenomeni barədə məlumatlar oxucuların xüsusi marağına səbəb olub.
Qeyd etmək lazımdır ki, bu məqalələr Estoniya ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanır, məqalələrə və onlarla bağlı şərhlərə baxışların sayı isə belə deməyə əsas verir ki, Azərbaycan haqqında rubrika “Delfi” portalının ən populyar rubrikalarından biridir.
Tural




 
Bölməyə aid digər xəbərlər
11.12.2019
Dövlət Miqrasiya Xidmətinin rəisi “AmCham Azərbaycan”ın üzvləri ilə görüşüb
11.12.2019
“İncəsənət sosial inkişafda vasitə kimi”
11.12.2019
Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsinə zəruri yardım göstərməkdədir
11.12.2019
Piyadaların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı ümumi yol qəzalarının 64 faizini təşkil edir
11.12.2019
Şervin Nəcəfpur Nobel Sülh Mükafatının təqdimat mərasimində iştirak edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
2 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
3 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
4 Avropada işsizlər ordusu yaranır
5 Nazirlər Kabineti Yeni ildə iş və istirahət günlərinin yerinin dəyişdirilməsinə aydınlıq gətirib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info