Poroşenko ABŞ-dan hərbi yardım istədi
Tarix: 18.02.2015 | Saat: 15:40:00 | E-mail | Çapa göndər


Ukrayna prezidenti Pyotr Poroşenko ABŞ-ın vitse-prezidenti Cozef Bayden ilə telefon danışığı zamanı ölkənin şərqində münaqişənin gərginləşməsinin dayandırılması üçün təcili addımlar atılmasının zəruriliyini qeyd edib.
“Gazeta.ru”nun verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.
Bundan başqa, Poroşenko ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün Ukraynaya əlavə vəsaitlərin ayrılması barədə bir müddət əvvəl verilən bəyanatları reallaşdırmağa çağırıb.
Bayden, öz növbəsində, ABŞ-ın Ukraynanı tam dəstəklədiyini qeyd edib.
Cozef Bayden və Pyotr Poroşenko separatçıların atəş açması səbəbindən atəşkəs rejiminin pozulmasını qeyd ediblər.
Qeyd edək ki, bundan əvvəl KİV-lər Ukrayna Müdafiə Nazirliyinin lazımi hərbi texnikanın siyahısını ABŞ-a təqdim etdiyini bildiriblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.11.2019
Vladimir Putin NATO vә ABŞ-ın hәrbi fәaliyyәtlәrini qiymәtlәndirib
22.11.2019
Bu gün X Azərbaycan-Rusiya Regionlararası forumu öz işinə başlayır
21.11.2019
Azərbaycan və gürcü xalqları arasında dini-mənəvi sahədə əlaqələr müzakirə olunub
21.11.2019
Zaxarova: “Qarabağ münaqişəsinin sülh planı bütün məcburi köçkün və qaçqınların əvvəl yaşadıqları ərazilərə dönmək hüququnu əhatə etməlidir”
20.11.2019
Rusiyada işsizlik səviyyəsi artır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10951

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb
5 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info