Meksika Konqresinin Deputatlar Palatasında Xocalı soyqırımı ilə bağlı konfrans
Tarix: 18.02.2015 | Saat: 15:42:00 | E-mail | Çapa göndər


“Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Meksika Konqresinin Deputatlar Palatasında konfrans keçirilib.
Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfirliyindən verilən məlumata görə, “İnsan Oğurluğu və Soyqırım Əleyhinə Beynəlxalq Gündəm,Xocalıda Soyqırımı Hadisəsi” adlı konfransda Meksika Konqresi Deputatlar Palatasının üzvləri, Amerika İnstitutunun rektoru Ruben Salas, Meskika Xatirə və Dözümlülük Muzeyinin nümayəndəsi Alan Qarsia, Ukrayna, Gürcüstan, Pakistan, Bolqarıstan və Slovakiya respublikalarının Meksikadakı səfirləri, Meksika ictimaiyyətinin nümayəndələri, elm xadimləri, aparıcı universitetlərin müəllim-tələbə heyəti iştirak ediblər.
Meksika Sülh, Ədalət və Ətraf Mühit Birgə Fondunun koordinatorluğu ilə keçirilmiş tədbirə Fondun baş direktoru Alfredo Roxas aparıcılıq edib. Konfransı giriş sözü ilə açan hüquq müdafiəçisi Alfredo Roxas tədbirin əsas məqsədinin insan oğurluğu və soyqırımı cinayətləri barədə yeni nəslin məlumatlandırılması, belə halların qarşısının alınması üçün müvafiq maarifləndirmə işinin aparılmasından ibarət olduğunu söyləyib.
Konfransın Xocalıdakı soyqırımın təhlilinə həsr edildiyini qeyd edən Konqresin Deputatlar Palatasının üzvü, Palatanın İdarə Şurasının katibi Maqdalena del Sokorro Nunyez bunun dünyada müxtəlif soyqırımı hadisələrinin təhlili və bu sahədə Meksikada qanunun aliliyinin təmin edilməsi üçün zəruri təşəbbüslərin zənginləşdirilməsi yolunda əhəmiyyətini vurğulayıb.
Daha sonra çıxış edən Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov Xocalının da daxil olduğu Azərbaycanın Dağlıq Qarabağ regionunun artıq 23 ildir ki, Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğunu bildirib. Xocalının yer üzündən silindiyini qeyd edən səfir burada insanlıq əleyhinə soyqırımın törədildiyini, mülki əhalinin etnik təmizləmə siyasətinin qurbanı olduğunu diqqətə çatdırıb, 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini söyləyib. Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması prosesindən söz açan diplomat məsələyə dair Meksika, Kolumbiya, Panama, Peru, Honduras, Pakistan və digər ölkələrin parlamentlərinin və bir sıra nüfuzlu beynəlxalq təşkilatların qərarları barədə məlumat verərək, bunun Azərbaycan xalqı və dövlətinə, münaqişənin ədalətli həlli prosesinə böyük siyasi və mənəvi dəstək olduğunu diqqətə çatdırıb.
Daha sonra konfrans iştirakçıları Xocalı soyqırımına dair səfirlik tərəfindən ispan dilində hazırlanmış sənədli filmə baxıb. Soyqırımın canlı şahidlərinin ifadələri, hadisə yerinin video-çəkilişləri əsasında hazırlanmış film tamaşaçılara dərin təsir bağışlayıb.
Filmin nümayişindən sonra Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın o zaman erməni silahlı qruplaşmalarının başında olduğunu qeyd edən səfir İ.Muxtarov onun Xocalı soyqırımı və digər hərbi cinayətlərdə iştirak etdiyini söyləyib, hazırkı Ermənistan rəhbərliyinin əlinin Azərbaycan xalqının qanına batdığını diqqətə çatdırıb.
Konfransda həmçinin səfirlik tərəfindən Azərbaycanın tarixi torpaqları, sərhədləri, coğrafiyası, ermənilərin Azərbaycana köç tarixi, xalqımızın üzləşdiyi işğal və etnik təmizləmə siyasəti və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusunda prezentasiya edilib.
Tədbirdə söz alan Ukrayna səfiri Ruslan Spirin postsovet məkanında mövcud münaqişələr kontekstində Ermənistan-Azərbaycan münaqişəsi ilə bu gün ölkəsinin üzləşdiyi hərbi işğal və separatizm arasında paralellər gətirib, bu mövzuda dinləyicilərə geniş məruzə edib. Bununla yanaşı, bu yaxınlarda BMT-də müzakirəyə çıxarılmış və qəbul edilmiş Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamənin Azərbaycan tərəfindən dəstəkləndiyini, Ermənistanın isə qətnamənin əleyhinə səs verdiyini söyləyib.
Mərasim zamanı tədbir iştirakçılarına Azərbaycanın Meksikadakı səfirliyi tərəfindən ispan dilində hazırlanmış “Xocalıda soyqırım” jurnalı paylanıb.
Mərasimin yekununda səfir İ.Muxtarov tədbir iştirakçılarının suallarını cavablandırıb. Tədbir Meksika Konqresinin telekanalı (Canal de Congreso) tərəfindən işıqlandırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Prezident İlham Əliyev: Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır
20.11.2018
Azərbaycan və Belarus arasında hərbi-texniki əməkdaşlığın kifayət qədər böyük həcmləri və genişlənməyə yaxşı meyli var
20.11.2018
Belarus və Azərbaycan həmişə etibarlı və strateji tərəfdaş olaraq qalacaqlar
19.11.2018
Qanunsuz aksiyalar heç bir ölkədə məqbul sayılmır
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info