Yaponiyanın maliyyə şirkətləri Azərbaycana böyük maraq göstərirlər
Tarix: 18.02.2015 | Saat: 15:43:00 | E-mail | Çapa göndər


Tokionun tanınmış biznes mərkəzlərindən biri olan Şincuku rayonunda “United Busines of İnnevators” (UBİ) şirkətinin təşkilatçılığı ilə keçirilən “Azərbaycan - gələcəyin ölkəsi” adlı seminarda yapon maliyyə şirkətləri ölkəmizə investisiya yönəldilməsinə böyük maraq göstəriblər.
UBİ şirkətinin baş direktoru Takimoto Kenji fevralın əvvəllərində Bakıya səfərləri, Azərbaycanın bir sıra tanınmış banklarında keçirdikləri görüşlər barədə məlumat verib. Bildirib ki, Azərbaycanın sürətli inkişafı, maliyyə qurumlarının fəaliyyəti üçün burada yaradılmış münbit şərait yapon maliyyə şirkətləri tərəfindən bu ölkəyə investisiyaların yönəldilməsinə əlverişli imkanlar açır.
Tədbirdə çıxış edən “World Investors TV” internet televiziyasının prodüseri, tanınmış iqtisadçı ekspert Kazuyasu İşida bildirib ki, mart və aprel aylarında yapon iş adamlarından ibarət növbəti qrupların Azərbaycana işgüzar səfərləri planlaşdırılır. Seminarın təşkilində məqsəd həmin iş adamlarını, həmçinin tədbirə qatılan digər iştirakçıları regionun sürətlə inkişaf edən bu ölkəsi haqqında ətraflı məlumatlandırmaqdır.
Seminarda Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, TANAP və TAP layihələri barədə geniş məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Vurğulanıb ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi son on iki ildə ümumi daxili məhsulun həcmi dəfələrlə artıb və bu, Azərbaycanın sürətli inkişafını təsdiqləyən mühüm faktdır. Qarabağ müharibəsinin yaratdığı ciddi problemlərə baxmayaraq, Azərbaycanın qısa zaman kəsiyində nəinki özünü bərpa etdiyi, eyni zamanda dünyanın bir çox ölkələrinə maliyyə yardımı göstərən, investisiyalar yönəldən qabaqcıl dövlətə çevrildiyi xüsusi qeyd edilib.
Təqdimatda Azərbaycanda biznes imkanları, ölkəmizə investisiya qoyuluşunun əlverişliliyi barədə məlumat verilib. Qeyd edilib ki, Azərbaycanda əlverişli biznes mühitinin yaradılması istiqamətində son illər mühüm irəliləyişə nail olunub. Qanunvericilik sahəsində aparılmış islahatlar, xarici investorlar üçün sadələşdirilmiş prosedurlar, “Vahid pəncərə” sisteminin tətbiqi kiçik və orta sahibkarlığın təşviqində əhəmiyyətli rol oynayıb. Dünya Bankı və digər beynəlxalq maliyyə təşkilatları Azərbaycanda həyata keçirilən iqtisadi islahatları, ölkədəki mövcud biznes mühitini yüksək qiymətləndirirlər.
Azərbaycanın bir sıra beynəlxalq səviyyəli layihələrə imza atdığı, cari ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırda ciddi hazırlığın aparıldığı da seminar iştirakçılarının diqqətinə çatdırılıb.
İştirakçılara Azərbaycanda icra edilən nəhəng “Zira Island”, “Baku White City”, “Khazar Islands” layihələrindən, Heydər Əliyev prospektinin yenidən qurulması işləri barədə də məlumat verilib. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində də böyük layihələrin həyata keçirildiyini vurğulayan K.İşida ölkədə yapon şirkətləri ilə əməkdaşlığa böyük maraq olduğunu qeyd edib.
Seminarın sonunda iştirakçıların sualları ətraflı cavablandırılıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
15.12.2019
Enerji içkiləri hansı halda zəhərlənməyə səbəb ola bilər?
14.12.2019
“Şahdağ“da qiymətlər 15 faiz endirilib
14.12.2019
MTRŞ tezliklərin dəyişdirilməsinin səbəblərinə aydınlıq gətirib
14.12.2019
Aqrar Sığorta Fonduna 2020-ci ilin dövlət büdcəsindən 5 milyon manat ayrılacaq
13.12.2019
“Azərbaycanda təbii artım göstəricisi artıb“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11405

1 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
2 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
3 Naxçıvanın Daxili işlər naziri Fazil Ələkbərov Dünya Şotokan Karate Federasiyasının 1-ci vitse-prezidenti seçilib
4 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar
5 Regionların inkişafı bütövlükdə Azərbaycanın inkişafı deməkdir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info