Ukraynada ərzaq məhsullarının qiyməti durmadan artır
Tarix: 18.02.2015 | Saat: 16:07:00 | E-mail | Çapa göndər


Rusiya mətbuatının məlumatına görə, iqtisadi böhran günbəgün ukraynalıların cibinə təsir edir, onların “şəxsi büdcə”sini var gücü ilə vurmaqda davam edir. “Vesti.ru” saytı yazır ki, Ukraynada hər şeyin qiyməti qalxmaqda davam edir: elektrik enerjisinin qiyməti, qaz, “JKX” xidmətləri, nəqliyyatda gediş haqqı az qala hər ay qalxır. Amma son günlərin ən narahat doğurucu məqamı isə ərzaq məhsullarının əvvəlki aylardan fərqli olaraq az-az qalxması deyil, qəfildən yüksək artımlarının qeydə alınmasıdır. Belə ki, yağın, yumurtanın, şəkər və çörəyin qiyməti gözlənilmədən yüksək həddə çatıb. Hətta paytaxt sakinləri arasında belə zarafat da məşhurlaşıb ki, onlar tezliklə sözügedən ərzaq məhsullarını böyük bayramlarda alıb yeyə biləcəklər. Hətta yayılan məlumatlarda o da vurğulanır ki, yaxın aylarda gündəlik tələbatın yüksək olduğu bu ərzaq məhsullarının yenidən qalxması qaçılmazdır. Artıq fevralın 18-dən dükanlarda çörəyin yeni qiymətlə satılmağa başlanılacağı barədə əvvəlcədən elanların vurulduğu da bildirilir. O da bildirilir ki, digər ərzaq məhsullarında da, artım müşahidə olunacaq.
Ötən il meyvə- tərəvəzin qiyməti də qalxmışdı. Bu il də qiymət artımının artan xətt üzrə gedəcəyini proqnozlaşdırılar. Hətta mütəxəssislər bütün sahələrdə hər ay ən azı üç faiz artımın olacağını deyirlər.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
13.11.2018
Ermənistanda dəmiryolçular tətil elan ediblər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info