Komitə sədri: “Ermənilər təkcə İslam abidələrini deyil, xristian abidələrini də dağıdıblar”
Tarix: 18.02.2015 | Saat: 16:12:00 | E-mail | Çapa göndər


"Azərbaycan ictimaiyyəti erməni vandalizmi, onların işğal olunmuş Azərbaycan ərazilərində, eləcə də Ermənistanda azərbaycanlılara və maddi-mədəniyyət abidələrinə qarşı törətdikləri vəhşiliklər haqqında kifayət qədər məlumatlıdır. Hazırda bizim məqsədimiz bu faktları müxtəlif dillərdə dünya ictimai rəyinə çatdırmaqdır". Bunu bu gün jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, son illərdə Azərbaycanın bütövlükdə xarici siyasətində "hücum diplomatiyası" ciddi uğurlar əldə edir: "Bizim "hücum diplomatiyamız"ın içində Ermənistanın törətdiyi vəhşiliklərin dünya ictimai rəyinə çatdırılması əsas yerlərdən birini tutur. Bununla bağlı Heydər Əliyev Fondu da böyük işlər görür. İşğal olunmuş ərazilərimizdə çoxlu sayda abidələrimiz, o cümlədən məscidlər dağıdılıb. Onların ümumi sayı minə yaxındır. Onların içində həmçinin mədəniyyət abidələri, kitabxanalar, klublar, dini abidələr var. Ermənilər təkcə İslam dünyasına aid abidələri deyil, eyni zamanda, xristian abidələrini də dağıdıblar. Biz bu barədə ictimaiyyəti bir daha bilgiləndirmək istəyirik".
M.Qurbanlı əlavə edib ki, eyni zamanda, Ermənistanda azərbaycanlıların tarixən yaşadığı ərazilərdəki tarixi abidələrlə bağlı da müxtəlif tədbirlər görülüb. Bununla bağlı kitablar dərc edilib, məlumatlar toplanıb. Həm Mədəniyyət və Turizm Nazirliyi, həm Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, həm də AMEA-nın Tarix İnstitutu tərəfindən müəyyən işlər görülüb. Xüsusilə də Heydər Əliyev Fondu böyük işlər görüb. Həmin abidələr barəsində həm YUNESKO, həm də digər beynəlxalq təşkilatlar vasitəsilə dünya ictimai rəyinə müəyyən fikirlər çatdırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10120

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info