ATƏT Minsk qrupundan Bakı və Yerevana çağırış
Tarix: 18.02.2015 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


ATƏT-in Minsk qrupu (MQ) Bakını və Yerevanı etimadın möhkəmləndirilməsi üzrə tədbirlərə yardım etməyə çağırır. Trend xəbər verir ki, bu barədə Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Ermənistanın Mediamaks agentliyinə deyib.
Uorlik bildiribb: “Biz etimad yaratmağa, insanları yaxınlaşdırmağa kömək edə biləcək istənilən addımın qəbul edilməsində maraqlıyıq. Əlbəttə ki, yalnız hökumət səviyyəsində müzakirə və həll olunan problemlər mövcuddur və biz bu məsələlərin həllində irəliləyişin olduğunu görməyi çox istəyirik. Lakin elə məsələlər mövcuddur ki, onlar həmin sərhədlər çərçivəsinə daxildirlər. Biz kommunikasiya imkanlarını və ermənilərlə azərbaycanlılar arasında görüşləri alqışlayırıq. Eləcə də erməni idmançıların Bakıdakı Avropa Oyunlarında iştirak edəcəklərinə ümid edirik, çünki belə ünsiyyətin faydalı olduğuna inanırıq”.
Vasitəçinin sözlərinə görə, o, bunu asan olmadığını anlayır və çox tez-tez hadisələr istənilən kimi inkişaf etmir: “Lakin biz bunun yolumuzda əngəl olaraq qalmasına imkan verə bilmərik. İnsanlar arasında təmaslar uzunmüddətli nizamlanmaya nail olmaq üçün mühüm əhəmiyyət kəsb edir. Sülh sazişinin imzalanacağı gün gələndə - o, əlbəttə, mütləq gələcək - bu, təkcə Ermənistana, Dağlıq Qarabağa və Azərbaycana deyil, ümumilikdə bütün regiona sülh gətirəcək. Lakin bu yalnız kağız üzərində imza ola bilməz. Bunun həmin razılığa kömək etməsi, etibar üçün əsas olması lazımdır və bizim işimiz məhz buna yönlənmiş olmalıdır. Bizim görmək istədiyimiz məhz budur”.
ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Pyer Andryö (Fransa), Ceyms Uorlik (ABŞ) fevralın 15-16-da Azərbaycanda, fevralın 17-də isə Ermənistanda olublar. Daha sonra Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edilməsi planlaşdırılır.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
27.11.2020
“France-24” Füzulidən reportaj hazırladı – VİDEO
27.11.2020
ATƏT Qarabağda bundan sonra hansı rol oynaya bilər? - Təşkilatdan açıqlama
27.11.2020
Azərbaycan və İtaliya XİN rəhbərləri bölgədəki son vəziyyəti müzakirə ediblər
26.11.2020
Milli Məclisin Fransa Senatının qətnaməsi ilə bağlı etiraz bəyanatının tam mətni açıqlandı
26.11.2020
Fransa bəyan etdi: “dqr”i tanımırıq!

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Öküz ili bürclərə nə vəd edir?
2 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
3 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
4 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
5 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info