Xocalı soyqırımı Kolumbiya mətbuatında
Tarix: 18.02.2015 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


Kolumbiyanın ən tanınmış qəzetlərindən olan “El Nuevo Siglo” (Yeni Əsr) və “El Espectador” qəzetlərində, habelə “www.noticiascolombianas.com.co” və “reporte24.co” xəbər portallarında Xocalı soyqırımına həsr olunmuş məqalələr dərc olunub. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, “El Nuevo Siglo” qəzetində dərc olunmuş “Xocalı qətliamı, Azərbaycanın açıq yarası” (Asesinato de Jodyalí, herida abierta en Azerbaiyán) adlı məqalədə Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətindən, Azərbaycan torpaqlarının zəbt edilməsindən söz açılır. Xocalı şəhərinin yerlə yeksan edilərək əhalisinin xüsusi qəddarlıqla kütləvi qətl edilməsindən bəhs edilir, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələrinin Xocalı şəhərində soyqırım aktı həyata keçirdiyi göstərilir.
Məqalədə,həmçinin Azərbaycanın siyasi-iqtisadi inkişafı, regionun ən mühüm dövlətlərindən birinə çevrilməsi, Ermənistanın isə öz işğalçı siyasəti ilə özünü təcrid vəziyyətinə saldığı, ölkənin səfalət içində olduğu haqqında məlumat verilir.
Məqaləni http://www.elnuevosiglo.com.co/articulos/2-2015-asesinato-de-jodyal%C3%AD-herida-abierta-en-azerbaiy%C3%A1n.html linkindən də daxil olaraq əldə etmək olar.
Həmin məqalə Kolumbiyanın digər ən tanınmış qəzetlərindən olan “El Espectador” qəzetində də “Azərbaycan Xocalı qətliamına yas saxlayır” (Azerbaiyán llora la masacre de Jodyalí) başlığı ilə dərc olunub.
“El Espectador” qəzetində çıxmış məqalə ilə bu linkdən tanış olmaq mümkündür:http://www.elespectador.com/noticias/elmundo/azerbaiyan-llora-masacre-de-jodyali-articulo-544055
Digər xəbər portallarının da işıqlandlırdığı bu məqalələri aşağıdakı linklərdən daxil olaraq oxumaq mümkündür:
http://www.noticiascolombianas.com.co/index.php/8822/azerbaiyan-llora-la-masacre-de-jodyali/
http://reporte24.co/2015/02/azerbaiyan-llora-la-masacre-de-jodyali/
Tural




 
Bölməyə aid digər xəbərlər
22.11.2019
Görün bizə şirniyyat adı ilə nə satırlar...
22.11.2019
Şəhid ailələrinə mənzil sığortası hədiyyə edilib
22.11.2019
Ədliyyə işçiləri və onların ailə üzvləri üçün xüsusi sığorta təklifi!
22.11.2019
Evdar qadınların əməyi qiymətləndirilməlidir
22.11.2019
Azərbaycanda bələdiyyə seçkilərində namizədlərin qeydə alınması prosesi bu gün başa çatır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10951

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb
5 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info