Dövlət Sərhəd Xidmətində yubiley tədbiri keçirilib
Tarix: 18.02.2015 | Saat: 16:50:00 | E-mail | Çapa göndər


Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin yaradılmasının 10-cu ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə iştirak edən DSX rəisinin 1-ci müavini, general-leytenant Rəşad Sadıqov bildirib ki, dəniz sərhədlərinin mühafizə işində böyük inkişaf əldə olunub: “Prezident İlham Əliyevin 11 sentyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”na əsasən yaradılmış gəmi inşa zavodunda sərhəd gözətçi gəmiləri yenilənəcək. Onu xüsusi qeyd etmək lazımdır ki, Sahil Mühafizə tam peşəkar heyətlə komplektləşdirilib”.
Sahil Mühafizə rəisinin şəxsi heyət üzrə müavini, polkovnik-leytenant Elnur Həbibov isə deyib ki, Sahil Mühafizə tərəfindən 2005-2015-ci illər aralığında Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsində 11 min 116 gün xidmət təşkil olunub: “Bu xidmət ərzində 903 gəmiyə, 345 qayığa baxış keçirilib. Keçirilmiş baxış zamanı 13 kiloqrama yaxın narkotik aşkarlanıb”.
Daha sonra tədbir iştirakçıları Sahil Mühafizəsinin tarixini əks etdirən sərgiyə baxıblar və hərbi hissədə yaradılmış xidməti şəraitlə tanış olublar.
Tədbirdə xidməti döyüş fəaliyyətində yüksək nəticələr əldə etmiş hərbi qulluqçular təltif olunublar.
Qeyd edək ki, DSX-nin Sahil Mühafizəsi Prezident İlham Əliyevin 2005-ci il 18 fevral tarixində imzaladığı sərəncam əsasında yaradılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək
18.03.2019
Övladlığagötürmə ilə bağlı yeni Qaydaların layihəsi hazırlanır
18.03.2019
Aprelin 1-dən yaşa görə müavinətlər 80 faizə yaxın artırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
3 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info