Ankarada Xocalı faciəsi barədə sənədli filmin və kitabın təqdimatı keçirilib
Tarix: 18.02.2015 | Saat: 17:00:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Ankaradakı ofisinin təşkilatçılığı ilə Türkiyə paytaxtında “Endless Corridor” (Sonsuz Dəhliz) adlı sənədli filmin nümayişi və “Khojaly Witness of a war crime – Armenia in the Dock” (Müharibə çinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə) kitabının təqdimat mərasimi keçirilib. Azərbaycanın Türkiyədəki səfirliyindən verilən məlumata görə, tədbirin açılış hissəsində Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelikin Xocalı soyqırımı ilə bağlı mesajı oxunub. Mesajda Türkiyənin dost və qardaş Azərbaycanın acılarını paylaşdığı vurğulanıb.
Sonra Avropa Azərbaycan Cəmiyyətinin rəhbəri Lionel Zetter, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Sinan Oğan, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və Xocalı sakini, soyqırımın şahidi Valeh Hüseynov çıxış edib. Tədbir “Sonsuz Dəhliz” sənədli filminin nümayişi ilə başa çatıb. Tədbirdə səfirliyin əməkdaşları, Türkiyə XİN-in rəsmiləri, Ankaradakı diplomatik korpusun nümayəndələri, KİV təmsilçiləri, görkəmli şəxsiyyətlər, elm və mədəniyyət xadimləri iştirak ediblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.11.2019
“Nasimi passion” vokal-xoreoqrafik tamaşasının məşqləri davam edir
22.11.2019
Rus yazıçısı növbəti mahnısını da Azərbaycana həsr edib: VİDEO
22.11.2019
Müstəqil Şah Mat Teatrı Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində tamaşa oynayacaq
22.11.2019
Yeni kukla teatrı açılıb
22.11.2019
Bakıda keçiriləcək üçüncü Beynəlxalq Tanqo Festivalının proqramı zəngindir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10951

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb
5 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info