Bakı Ali Neft Məktəbinin elektron kitabxanası dünya reytinq cədvəlinə daxil olub
Tarix: 18.02.2015 | Saat: 17:01:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) elektron kitabxanası dünya elektron arxivinin (repozitorilərinin) reytinq cədvəlinə daxil olub. Ali məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, dünyanın 2200-dən artıq ali təhsil müəssisəsinin elektron arxivini əhatə edən «Webometrics Ranking of World Universities» ümumdünya reytinq cədvəlinin 2015-ci ilin yanvar ayına olan nəticələrinə əsasən, BANM-nin elektron kitabxanası Vebometriks reytinq cədvəlinə daxil olub. http://repositories.webometrics.info/en/Europe/Azerbaijan
Bundan başqa, BANM-in elektron kitabxanası dünyanın aparıcı akademik repozitorilərinin iki reyestrində qeydiyyatdan keçib. DOAR (Directory of Open Access Repositories), ROAR (Registry of Open Acess Repositories) ROARMAP (Registry of Open Acess Repositories Mandates and Policy).
Reytinq dörd göstərici əsasında - zahiri görünüşünə, həcminə, xüsusi fayllarına və elmi məqalələrinə əsasən təhlil olunaraq tərtib edilir. Vebometriks reytinq cədvəli ali təhsil müəssisəsinin veb-resurslarının İnternetdə populyarlığını xarakterizə edən, onların informasiya əhəmiyyətliliyini ölçən universal və ixtisaslaşmış axtarış sistemlərinin qiymətləndirmə göstəricilərinə əsaslanıb. Reytinqin yenilənməsi ildə 2 dəfə baş verir və nəticələr Webometrics Ranking of World Universities rəsmi saytında yerləşdirilir (www.wembomertics.info).
Qeyd edək ki, BANM-nin elektron arxivi (repozitori) (http://dspace.bhos.edu.az) Hevlett-Pakard və MTİ (Massaçusets Texnologiya İnstitutu) kitabxanalarının birgə əməkdaşlığı nəticəsində yaradılmış DSpace proqram təminatı əsasında çalışır. Proqram ilk dəfə 2002-ci ildə MTI-un kitabxanaları tərəfindən dəstəklənən sistem kimi işə salınıb. DSpace proqram təminatı akademik tədqiqatlarda istifadə olunan rəqəmsal materialların uzunmüddətli saxlanmasını təmin edən platformadır.
Hazırda BANM-in elektron kitabxanasının kolleksiyaları ali məktəbin müəllim və tədqiqatçılarının tammətnli nəşrləri ilə zənginləşir. Elektron arxivin effektivliyinin artırılması məqsədilə ali məktəbin əməkdaşları sona çatdırılmış tədqiqat nəticələrinin elektron versiyasını kitabxanaya təqdim edirlər. Buraya dissertasiyalar, magistr işləri, ekspert rəyindən keçərək dərc olunmuş və ya dərc olunmağa hazırlanan elmi əsərlər və s. aid edilir. Ali məktəbin elektron arxivində müxtəlif mövzulardan olan elektron sənədlərin kolleksiyaları, tədris proqramını dəstəkləyən tədris materialları, əməkdaşların tədqiqat nəticələri, aparıcı müəllim və alimlərin şəxsi səhifələri və s. kitabxana kolleksiyaları cəmlənib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
Rusiyada Xəzəryanı ölkələrin media platforması yaradılıb
20.11.2019
Dini turizm haqqında ilk nəşr
20.11.2019
Yeni Azərbaycan Partiyası mübarizələrlə dolu şərəfli yol keçib
20.11.2019
Şeyxülislam ABŞ səfiri ilə görüşdə ermənilərin dini liderinin razılaşmalara əməl etmədiyini bəyan edib
20.11.2019
Dövlət Gömrük Komitəsi və KİVDF birgə fərdi jurnalist yazıları müsabiqəsi elan ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info